BBC “Gürcü Arzusu”nun şikayətinə cavab verib. Müvafiq məlumatı
“Formula” yayıb.
Telekanala BBC-nin sözçüsü bildirib ki, onlar “Su səni yandıranda:
Gürcüstan uğrunda mübarizə” adlı sənədli filmdə təqdim olunan
jurnalistikanı dəstəkləyirlər.
“Şikayətlərin araşdırılması üçün müəyyən edilmiş prosedura uyğun
olaraq təsdiq edirik ki, iddiaçı tərəfə onların sualları ilə bağlı
artıq cavab təqdim etmişik. Biz BBC Eye tərəfindən hazırlanan
“Su
səni yandıranda: Gürcüstan uğrunda mübarizə” sənədli filmində
təqdim olunan jurnalistikanı və Tbilisidə baş verən etiraz
aksiyalarına Gürcüstan hakimiyyətinin reaksiyası ilə bağlı
müstəqil, araşdırma jurnalistikamızı dəstəkləyirik”, – deyə BBC-nin
sözçüsü bildirib.
Məlumat üçün qeyd edək ki, şikayət BBC tərəfindən dərc edilmiş
məqalə və sənədli filmlə bağlıdır. Həmin materiallarda bildirilir
ki, 2024-cü ildə Gürcüstan hakimiyyəti hökumət əleyhinə keçirilən
etiraz aksiyalarını dağıtmaq üçün Birinci Dünya müharibəsi dövrünə
aid kimyəvi silahdan istifadə edib. BBC yazır ki, “Gürcüstan
hökumətinin Avropa İttifaqına üzvlük prosesini dayandırmasına qarşı
çıxan nümayişçilər müxtəlif simptomlardan, o cümlədən gözlərdə
yanma, təngnəfəslik, öskürək və həftələrlə davam edən qusma
hallarından şikayət edirdilər”. BBC-nin məlumatına görə, World
Service kimyəvi silah üzrə ekspertlərlə, Gürcüstanın xüsusi
təyinatlı qüvvələrinin nümayəndələri və həkimlərlə danışıb və
müəyyən edib ki, “sübutlar Fransa hərbçilərinin ‘kamit’
adlandırdığı maddənin istifadə edildiyini göstərir”. “Gürcü Arzusu”
15 yanvarda keçirilən brifinqdə bildirib ki, media qurumuna bununla
bağlı rəsmi şikayət təqdim edilib.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.