İsveçrə yayda 2050-ci ilə qədər əhali sayının 10 milyon nəfərlə
məhdudlaşdırılması üzrə referendum keçirəcək.
Səsvermə iyunun 14-nə təyin olunub.
"Reuters" yazır ki, referendumun təşkili yüksək immiqrasiya
səviyyəsi ilə bağlı narahatlıqları əks etdirir. Amma bu halda ölkə
zəruri işçi qüvvəsindən məhrum qala, Avropa İttifaqı ilə
münasibətlərə zərbə dəyə bilər. Əhali sayı 10 milyonu keçərsə,
limiti saxlamaq üçün
insanların sərbəst hərəkəti barədə Aİ ilə əsas
saziş də ləğv oluna bilər.
Referendum təşəbbüsü parlamentdə ən böyük qüvvə olan sağçı İsveçrə
Xalq Partiyasından (SVP) gəlib. "Reuters" qeyd edir ki, SVP uzun
müddətdir antiimmiqrasiya ritorikasından siyasi kampaniyalarının
əsas dayağı kimi yararlanır.
21-ci əsrdə İsveçrənin əhalisi sürətlə artıb. Bu isə
infrastrukturun aşırı yüklənməsi, icarə haqlarının artması,
maaşların azalması sarıdan narahatlıqlara səbəb olub. 1990-cı
illərin ortalarında İsveçrə əhalisi 7 milyon nəfəri keçirdi,
hazırda bu say 9 milyondan çoxdur, qonşu ölkələrin əksəriyyətindən
daha sürətlə, əsasən də immiqrasiya hesabına artır.
Referendum tərəfdarları "Sevdiyimizi qoruyaq" şüarı altında çıxış
edir. Onların istəyi budur ki, 2050-ci ilə qədər əhali sayı 9.5
milyon nəfəri keçərsə, sığınacaq istəyənlərin, onların ailələrinin
İsveçrədə daimi yaşamaq imkanları məhdudlaşdırılsın. Sonrakı
illərdə isə İsveçrə hökumətinin bu limiti mümkün təbii artım nəzərə
alınmaqla tənzimləməsi nəzərdə tutulur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.