ABŞ prezidenti Donald Tramp fevralın 11-də İsrailin baş naziri
Benyamin Netanyahu ilə görüşündən sonra açıq dedi ki,
İranla diplomatiya vacibdir. Ekspertlərin fikrincə, əsas mübahisə
İranın nüvə proqramı deyil, onun raket imkanları ilə bağlıdır.
Tramp Tehranla danışıqları davam etdirməyin vacibliyini vurğulayıb.
Netanyahu isə israr edir ki, İranın raket proqramı hər hansı
razılaşmaya rəsmən salınsın. Tehran bunu
dəfələrlə rədd edib.
İsrailin uzunmüddətli strateji məqsədi nüvə məsələsini aşır. Bunu
AzadlıqRadiosunun fars xidmətinə Böyük Britaniyada yaşayan müdafiə
məsələləri üzrə təhlilçi Hüseyn Aryan deyir.
"Məsələyə geniş baxsaq, İsrailin məqsədi İranın həm
İslam Respublikası dövründə, həm də ondan sonrakı mərhələdə müdafiə
qabiliyyətlərini kəskin azaltmaqdır", – o
bildirib.
Aryanın sözlərinə görə, İsrail İranın raket arsenalını onun ən
mühüm hərbi aktivi, "yeganə çəkindirici gücü" kimi
qiymətləndirir.
O deyir ki, regiondakı digər dövlətlərin də ballistik raketləri
var, lakin İsrail strateqləri İranın proqramını əsasən fərqli
sayırlar, çünki bu proqram getdikcə daha çox özünəməxsus, həm də
özünü təmin edən xarakter alıb.
İsrailin hesablamalarına görə, qarşısı alınmasa, İran 2028-ci
ilədək arsenalını 8 min raketə qədər artıra bilər.
"Netanyahunun hazırda nüvə proqramına diqqət
verməməsinin səbəbi də məhz budur. Düşünürlər ki, bu məsələ ya
nəzarət altındadır, ya da hazırda kritik mərhələdə deyil. Onun əsas
diqqəti İranın hərbi və raket maşınını önləməyə
yönəlib", – Aryan vurğulayıb.
2025-ci ilin iyununda ABŞ İsrailin İrana qarşı hava kampaniyasına
qoşulandan sonra İranın nüvə proqramına ciddi zərbə dəyib. ABŞ
Fordo, İsfahan və Nətənzdəki nüvə obyektlərini bombalamışdı.
Raketləri qadağan edən müqavilə yoxdur
Raket məsələsi ciddi diplomatik maneədir. Tehran israr edir ki,
onun ənənəvi raket proqramı danışıqlar mövzusu deyil. Aryan deyir,
raketlərin hazırlanmasını açıq yasaqlayan icbari beynəlxalq
müqavilə yoxdur.
Raket Texnologiyalarına Nəzarət Rejimi (MTCR) və Raketlərin
Yayılmasına Qarşı Haaqa Davranış Kodeksi kimi çərçivə sənədləri isə
könüllü mexanizmlərdir.
Aryan onu da qeyd edir ki, ABŞ-nin İran yaxınlığına hərbi qüvvə
cəmləməsi danışıqların uğursuz olacağı halda, alternativ planların
olduğunu göstərir. Təhlilçi bu addımı həm çəkindirici amil, həm də
təzyiq vasitəsi sayır.
"Bir məqsəd mediada rəy formalaşdırmaq olsa da, bunlar həm də
riskli diplomatik manevrlərdir. Məqsəd İranı diplomatiyaya sövq
etmək, maksimum güzəştlər əldə etməkdir", – Aryan
deyir. O, belə təzyiqin İslam Respublikasını raket proqramını
azaltmağa və ya ondan imtinaya məcbur edəcəyinə şübhə ilə
yanaşır.
"Aldatma əməliyyatı"
Tramp və Netanyahu nüvə
silahına malik İranın qarşısını almaq məsələsində eyni məqsəd
güdürlər. Mümkün razılaşmanın əhatə dairəsi ilə bağlı isə fərqli
mövqedən çıxış edirlər. Netanyahu məhdud çərçivəli nüvə sazişindən
ehtiyatlanır, raket məsələsinin ABŞ-nin hər hansı təklifində
qeyd-şərtsiz yer almasını istəyir, Vaşinqtona da buna görə səfər
edib.
Bəzi təhlilçilər Trampın diplomatiya ilə bağlı ictimai nikbinliyi
ilə bağlı ehtiyatlı olmağa çağırırlar.
"Fikrimcə, Trampın bəyanatları konkret bir məna
daşımır, onlara tam əminliklə güvənmək olmaz", – Corc
Vaşinqton Universitetində mühazirəçi işləyən Məhəmməd Qaedi belə
deyir. Onun fikrincə, Vaşinqtonla İsrail arasında məqbul
razılaşmanın nəyi əhatələməsi ilə bağlı görünən fikir ayrılıqları
strateji mesajlaşma da ola bilər.
"Bu açıqlamalar ABŞ və İsrail arasında fərqləri əks
etdirə bilər, amma həm də bir aldatma əməliyyatı ola bilər. Yəni o,
boşluqlardan və fikir ayrılıqlarından danışır, eyni vaxtda qəfil
hücuma hazırlaşır", – Qaedi bildirib.
Qaedi ABŞ-nin İrana yaxın zamanda zərbə endirməsi ehtimalını
nisbətən aşağı qiymətləndirir. Deyir, daha çox sanksiyaların
sərtləşdirilməsi, iqtisadi təzyiqin artırılması gözləniləndir.
Təhlilçi ehtimal edir ki, Tramp Qətər və Türkiyə kimi regional
aktorların təsiri altında müvəqqəti razılaşmanı qəbul edə bilər.
Netanyahu hər hansı sazişə İranın raket proqramına məhdudiyyətlərin
salınmasını tələb etsə belə.
İran və ABŞ bu ayın əvvəlində Omanda danışıqlar aparıblar,
müzakirələrin davam edəcəyi gözlənilir. Tehran bildirir ki,
danışıqlar yalnız onun nüvə proqramına aid ola bilər. Fevralın
11-də İranın ali liderinin baş müşaviri Əli Şəmxani vurğulayıb ki,
"raket məsələsi danışıqlar aparan şəxslərin
səlahiyyətlərinə daxil deyil".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.