ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransına yola
düşərkən deyib ki, dünya həlledici məqama çatıb.
"Dünyanın çox sürətlə dəyişdiyini görürük. Köhnə dünya,
açığı, mənim böyüdüyüm dünya artıq yoxdur, biz yeni geosiyasi
dövrdə yaşayırıq. Bu isə hamımızdan bu dünyanın necə göründüyünü,
rolumuzun nə olacağını yenidən nəzərdən keçirməyi tələb
edəcək", – Rubio jurnalistlərə söyləyib.
Zelenski ilə görüş istisna olunmur
Dövlət katibi fevralın 14-də Münxenə gedəcək Ukrayna prezidenti
Volodimir Zelenski ilə
görüşəcəyini istisna etməsə də, görüşün
alınacağına "yüz faiz" əmin olmadığını da vurğulayıb.
Rubio Rusiyanın Ukraynanın enerji infrastrukturuna davamlı
hücumları ilə bağlı deyib ki, Vaşinqtonun sülh səylərini davam
etdirməsinin səbəbi məhz budur. Bu hücumlar nəticəsində yüz
minlərlə insan qışın soyuğunda istiliksiz, işıqsız qalıb.
"İnsanlar əziyyət çəkir. İlin ən soyuq vaxtıdır.
Əziyyəti təsəvvür etmək belə mümkün deyil", – o əlavə
edib.
Təşkilatçılar builki tədbirin indiyədək ən böyük konfrans olduğunu
deyirlər, mindən çox təmsilçi, təxminən 50 hökumət başçısı və
aparıcı diplomat iştirak edir. Konfrans qlobal qarışıqlıq fonunda
keçirilir: ABŞ-nin İrana hava zərbələri endirməsi ehtimalı var,
Rusiyanın Ukraynada təcavüzkar müharibəsinin dörd ili tamam olmaq
üzrədir, NATO transatlantik ittifaqının gələcəyi ilə bağlı
gərginliklər mövcuddur.
"Onlar NATO üzvü olmayacaqlar"
Konfrans ərəfəsində keçirilən bir kiçik tədbirdə də bu
narahatlıqlar sezilib. Avropa Komissiyasının keçmiş prezidenti Xose
Manuel Barrozu deyib ki,
"biz… Atlantik kimi qalmalı,
amma NATO-nu avropalaşdırmalıyıq".
Vaşinqtonun prosesdən uzaqlaşması ilə bağlı qorxular fonunda
Barrozu düşünür ki, Avropa müdafiə sahəsində daha müstəqil
olmalıdır, Ukraynanın Avropa İttifaqına üzvlüyü isə təhlükəsizliyi
gücləndirəcək.
"Düzü, onlar NATO üzvü olmayacaqlar. Amma Avropa
İttifaqının üzvü ola bilərlər. Gəlin bir yolunu
tapaq", – Barrozu AzadlıqRadiosuna deyib.
Fevralın 13-də nahardan az sonra Almaniya kansleri Fridrix Merts
konfransı rəsmən açacaq. Onun sonrakı müzakirələrin tonunu
müəyyənləşdirəcəyi gözlənilir. Son çıxışlarında o, Rusiyanın
təcavüzü, Vaşinqtonun NATO-ya bağlılığı ilə bağlı qeyri-müəyyənlik
fonunda Avropanın hərbi gücünü gücləndirməsinin vacibliyini
vurğulayıb.
O, yanvarda deyib ki, Avropanın səsi yalnız "güc siyasətinin dilini
mənimsədikdə, özümüz Avropa gücünə çevrildikdə" eşidiləcək.
Gərgin dünya, qırılma nöqtəsi
AzadlıqRadiosunun jurnalistlər Rey Förlonq və Aleks Raufoğlu xəbər
verirlər ki, konfransdakı ab-hava planlaşdırılan müzakirələrin
adlarında da əks olunur. "Gərgin dünyada körpülər salmaq", - günə
belə bir səhər yeməyi ilə başlayacaqlar. Ardınca "Güc olmadan
qaydalar? Avropanın geostrateji imkanlarının inkişafı" adlı panel
müzakirəsi keçiriləcək.
Günün ikinci yarısında əsas səhnədə müzakirə isə
"Qırılma
nöqtəsi: İslahat və dağıntı arasında beynəlxalq düzən"
adlanır.
Rubio Münxenə yola düşməmişdən deyib ki, narahat avropalılara
çatdıracağı mesajın yaxşı qarşılanacağından əmindir. Dövlət
katibini ABŞ senatorlarından ibarət geniş, ikipartiyalı nümayəndə
heyəti müşayiət edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.