Belçika 2025-ci ildə ukraynalı qaçqınlara müvəqqəti sığınacaq vermə
qaydalarını sərtləşdirib. Yetkin ukraynalılara bu status sosial
ödənişlərlə birgə verilir.
Amma 2022-ci il fevralın 24-dən, yəni Rusiyanın təcavüzkar
müharibəsi başlayandan sonra doğulanlar, əsasən, status ala
bilmirlər. Onların müharibə başlayanadək Ukraynada yaşamadığı əsas
gətirilir.
Belə ailələr çətin prosedurdan keçməli olurlar, məsələn, onlardan
gəlirləri haqda sənəd istənilir ki, bu sənəd də
adətən olmur.
Qoruma ala bilməyən uşaqlar isə Belçikada tibbi sığortasız
qalırlar, deportasiya riski ilə üzləşirlər. AzadlıqRadiosunun
jurnalistləri Belçikadakı belə ailələrlə danışıblar.
İmtina alan ukraynalıların sayı artır
Rəsmi
məlumata görə, hazırda Belçikada 93 minə yaxın ukraynalı qaçqın
yaşayır. Çoxusu durumundan məmnundur, müharibədən sonra da bu
ölkədə qalmaq istəyir.
Amma qaçqınlar deyirlər ki, Belçika sığınacaq istəyənlərə sərt
yanaşır. Ötən ilin ilk 10 ayında 2 min 380 ukraynalıya imtina
verilib, bir il öncə bu say 883 idi.
Ən sərt kriteriya ukraynalı qaçqınların müharibə başlayanadək
Ukraynada daimi yaşamasıdır. Elə yaşı 4-dən az uşaqlara müvəqqəti
qoruma verilməməsinə əsas səbəb də budur.
"Çox həyəcanlıyam, stress vəziyyətindəyəm. Ukraynada da
stress içindəydim, burada da narahatam ki, uşağımın heç bir
müdafiəsi yoxdur", – Zaporojyedən Yana Xolodna
radioya danışır. O, övladının tibbi sığortası, heç bir sənədi
olmadığını deyir.
Yana Zaporojyedən ötən ilin noyabrınadək çıxıb. Cəbhə xətti
yaxınlaşır, şəhərin üzərində Rusiya dronları dövrə vururmuş. O,
ikiyaşlı oğlu Semyonla Belçikaya yollanır.
Aya 2 min 550 avro qazanmaq
Yanaya 2027-ci ilin
martınadək müvəqqəti sığınacaq verilib. Üçyaşlı oğlu isə imtina
alıb, onun müharibə başlayanadək Ukraynada yaşamadığı deyilib.
Uşağın Belçikada qalmasını ailələrin birləşdirilməsi prosedura ilə
leqallaşdırmaq təklif olunub. Amma bundan ötrü Yana oğlunu təmin
edəcək gəliri haqda sənədlər göstərməlidir.
"Belçikaya gəlmiş gənc anayam, heç dil bilmirəm... İşə
düzəlib minimum gəlir əldə edə bilmərəm", – Yana
danışır.
Dediyinə görə, bələdiyyədə ona deyilib ki, gərək aya 2 min 550 avro
qazansın:
"Başqa yol da təklif etmirlər, ya belə
olmalıdır, ya da heç cür".
"Belə çıxır, müharibə başlayandan sonrakı dövr yoxdur?
Doğmamalıydım? Bunu necə izah etmək olar?", – ana
sual edir.
Yananın çox vaxtı qalmayıb. Aİ-yə gələndən sonra vizasız 90 gün
ərzində gərəkən sənədləri yığmalıdır.
Hələlik, yerli orqanlar ailənin ərizəsinə baxır deyə, Yana
deportasiya olunmayacaq. Amma uşağın ailəsi ilə birləşdirilməsi
prosedurandan imtina olunsa, onda sənədə tarix yazılır və o
müddətədək Semyon Belçikadan çıxmalıdır.
Bəzi ukraynalılar belə halda imtina alandan sonra apellyasiya
veriblər və bu müddətdə ölkədə qalıblar. Bəziləri isə qərarı
gözləməyib Ukraynaya qayıdıblar.
"Təcili siyasi reaksiya" çağırışı
"Promote
Ukraine" ictimai təşkilatından bildirirlər ki, belçikalı rəsmilər
ukraynalılara sığınacaq verilməsi təlimatını təhrif edə bilər.
"Müvəqqəti sığınacağı avtonom fövqəladə rejim kimi
tətbiq etmək əvəzinə Belçika qanunvericiləri onu adi miqrasiya
hüququ məntiqinə salıblar. Bu isə yeganə administrasiya səhvi
deyil, körpələri hüquqi boşluqda buraxır, ailələrin birliyinə zərbə
vurur", – qurumun təsisçisi Marta Barandiy deyir. O,
belçikalı məmurları və deputatları təcili siyasi reaksiya verməyə
çağırıb.
Belçika miqrasiya xidmətindən AzadlıqRadiosuna bildirilib ki,
müharibə başlayandan sonra doğulmuş uşaqlarla bağlı vəziyyəti
öyrənirlər.
Aİ-nin ukraynalılar üzrə xüsusi təmsilçisi də durumu təhlil etmək
vədi verib.
"Bu vəziyyətlə tanış deyildim, təəccübləndim. Əlbəttə,
bu uşaqlar müdafiə olunmalıdır, əgər valideynləri, anası qoruma
altına düşürsə. Bu məsələni öyrənməliyəm", – İlva
Yoqansson AzadlıqRadiosuna deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.