Peskov: Rusiya-ABŞ-Ukrayna danışıqları gələn həftə davam edəcək
Gələn həftə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti raundunu keçirməklə bağlı razılıq əldə olunub. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. Xəbəri TASS yayıb.

Peskov danışıqların yeri və dəqiq tarixi haqda informasiya veriləcəyini deyib: "Amma gerçəkdən də gələn həftə olacaq".

Kramatorska Rusiyanın zərbəsindən üç qardaş ölüb
Fevralın 12-də axşam Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə Rusiyanın zərbəsindən üç qardaş həlak olub. Onlardan biri azyaşlı idi. Qardaşların iki qohumu isə yaralanıb. Xəbəri Donetsk prokurorluğu yayıb.

Məlumata görə, yaşayış ərazisinə zərbədə iki 19 yaşlı və bir 8 yaşlı qardaş ölüb. Onların anası və nənəsi isə yaralanıb.

Fevralın 13-nə keçən gecə isə Rusiya dronları Odessa vilayətinə zərbə endirib, bir nəfər ölüb, altı nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Xəbəri vilayət hərbi administrasiyasının başçısı Oleq Kiper yayıb. Onun sözlərinə görə, zərbənin hədəfi Odessada liman, yaşayış, sənaye və energetika infrastrukturu olub.

Nikolayev vilayətinə hücumda da energetika infrastrukturuna, yaşayış məntəqələrinə zərər dəyib.

Ukrayna hakimiyyəti, beynəlxalq qurumlar mülki infrastruktura, dinc əhaliyə hücumları hərbi cinayət sayır. Rusiya isə hücumların hərbi obyektləri hədəflədiyini bildirir.


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google