Kəndlərə Dəstək Proqramı çərçivəsində 16 fevral tarixində
Marneulinin 12 kəndində əhali ilə görüşlər keçiriləcək.
Kənd görüşləri çərçivəsində meriyada fəaliyyət göstərən qruplar
Tsereteli, Saimerlo, Böyük Bəylər, Kiçik Bəylər, Norqiuli, Araflı,
Axlımahmudlu, Yenikənd, Seyidqocalı, Qırmızıkənd, Metsamula və
Daştəpədə görüşlər keçirəcəklər.
Qrafikə uyğun olaraq siyahını təqdim edirik:
- Tsereteli kəndi (Mərasimlər Evinin yaxınlığında) – 16
fevral, saat 12:00
- Saimerlo kəndi (ictimai məktəbin yaxınlığında) – 16
fevral, saat 14:00
- Böyük Bəylər kəndi (məktəb ərazisi) – 16 fevral, saat
15:00
- Kiçik Bəylər kəndi (kənd mərkəzi) – 16 fevral, saat
15:30
- Norqiuli kəndi (məktəb ərazisi) – 16 fevral, saat
13:00
- Araflı kəndi (məktəb ərazisi) – 16 fevral, saat
11:00
- Axlımahmudlu kəndi (məktəb ərazisi) – 16 fevral, saat
12:00
- Yenikənd (məktəb ərazisi) – 16 fevral, saat
13:00
- Seyidqocalı kəndi (məktəb ərazisi) – 16 fevral, saat
14:00
- Qırmızıkənd və Metsamula (Qırmızıkənd, məktəb ərazisi)
– 16 fevral, saat 11:00
- Daştəpə (məktəb ərazisi) – 16 fevral, saat
12:00
“Yığıncaqda” qeyd edə biləcəyiniz layihələr:
- İçməli su sistemi (quyular, su boruları, əsas
tikililər, təmizləyici qurğular və s. daxil olmaqla);
- Suvarma sistemləri;
- Drenaj kanalları;
- Sahilbərkitmə işləri;
- Yollar və yol kənarındakı bəndlər, eləcə də səkilər və
digər yol infrastrukturu;
- Körpülər, yolkənarı dayanacaqlar,
keçidlər;
- Küçə işıqlandırması;
- Məktəblərin ərazisinin abadlaşdırılması;
- Məktəbəqədər müəssisələr və müvafiq
inventar;
- Ambulatoriya binaları;
- Qəbiristanlıqların hasarlanması və
abadlaşdırılması;
- İdman infrastrukturu, oyun meydançaları və onların
avadanlıqları;
- Uşaq meydançaları da daxil olmaqla, müvafiq
avadanlıqlarla təchiz olunmuş meydançalar, istirahət məkanları və
ayaqyolular;
- Dəyirmanların və müvafiq avadanlıqların
bərpası;
- Mini su elektrik stansiyaları və müvafiq bərpa
işləri;
- Coğrafi obyektlərin adlarına və ünvanlarına uyğun
nişanların, eləcə də turizm məkanlarını göstərən lövhələrin
yerləşdirilməsi;
- İctimai nəqliyyat.
2026-cı ildə Marneuli bələdiyyəsinə Kəndlərə Dəstək Proqramı üçün
Gürcüstan Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1
232 000 lari ayrılıb.
Məbləğ kəndlər üzrə bölüşdürüləcək. Minimum məbləğ 10 000 lari,
maksimum məbləğ isə 20 000 laridir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.