ABŞ-nin yeni sanksiya layihəsi Kremlin neft gəlirlərini kəsməyi hədəfləyir
ABŞ Kremlin əsas maliyyə dayağı saydığı neft ixracına yeni sanksiyalar hazırlayır. Hər iki partiyadan konqresmenlər yeni qanunvericilik təşəbbüsü irəli sürüblər.

"Rusiya Neft Gəlirlərinin Azaldılması (DROP) Aktı 2026"nı fevralın 11-də Texasdan respublikaçı konqresmen Maykl Makkol təqdim edib. Layihə Rusiya mənşəli xam neft və neft məhsullarının alışı, idxalı və ya bu prosesin təşkilində iştirak edən istənilən xarici şəxs
və ya quruma hədəfli sanksiyaları nəzərdə tutur.

Məqsəd mövcud sanksiya rejimindəki boşluqları aradan qaldırmaq, Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaqdır.

"Rusiya energetikası Kremlin müharibə maşınının canıdır, DROP Aktı bu əsas gəlir mənbəyini qurudacaq", – Makkol qanun layihəsini elan edərkən bildirib.

"Kölgə donanması" boşluğunun qapadılması
2022-ci ildə Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan Qərb hökumətləri Moskvaya ardıcıl sanksiyalar tətbiq ediblər. Rusiyadan neft ixracına maksimum qiymət limiti qoyulub. Di gəl, Rusiya "kölgə donanması" adlandırılan köhnə tankerlər, mürəkkəb üçüncü tərəf sxemləri ilə xam nefti bu həddən yuxarı qiymətlərlə daşıyır. DROP Aktı məhz bu sistemi birbaşa hədəf alır.

Təşəbbüs müəlliflərinə görə, qanun layihəsi Rusiyanın iki böyük neft şirkətinə mövcud məhdudiyyətləri gücləndirəcək, bəzi alıcıların beynəlxalq limitdən yuxarı qiymət qoymasına imkan verən boşluqları aradan qaldıracaq.


"Vaxtı çoxdan çatmış addım"
Konqresdə Ukrayna Kokusunun həmsədri Marsi Kaptur bu aktın mənəvi tərəfini vurğulayır. "Rusiya neftinin ticarətində iştirak edirsənsə, Putinin qanunsuz müharibəsini maliyyələşdirirsən", – deyən konqresmen neft gəlirlərini kəsərək münaqişənin ədalətli həlli perspektivini gücləndirməyi "vaxtı çoxdan çatmış addım" adlandırıb.

Atlantika Şurasının Avrasiya Mərkəzinin direktor müavini Şelbi Maqid də bu təşəbbüsü "vacib və vaxtında atılmış addım" sayır. O, fevralın 12-də AzadlıqRadiosuna deyib ki, qanunvericilik aktı Ukraynaya hər iki partiyanın dəstəyini nümayiş etdirir. Maqid 2025-ci ilin Ukraynada dinc sakinlər üçün ən ölümcül il olduğunu, Rusiyanın enerji infrastrukturuna davamlı zərbələrini yada salır.

Amma təhlilçilər onu da qeyd edirlər ki, Konqresdə hər iki partiyanın dəstəyi qanunvericilik aktının avtomatik qəbulu demək deyil. ABŞ-nin Ukraynanın iqtisadi bərpası üzrə xüsusi elçisinin müavini olmuş Tayson Barkerin fikrincə, Konqres rəhbərliyi administrasiyanın razılığı olmadan qanunvericilik aktını müzakirəyə çıxarmağa tərəddüd edə bilər.

"Ən qətiyyətli addım administrasiyanın qanunvericiliyə dəstəyi olar", – o vurğulayır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google