Kvemo Kartli merləri və onların iş təcrübəsi
Daur İsmayılov, Zamur Çitanava, Koba Muradaşvili, Davit Karqarateli, İlia Sabadze və Mixeil Aptsiauri – Kvemo Kartlinin altı bələdiyyəsinin merləridir. Onların hamısı “Gürcü Arzusu” partiyasının üzvüdür.

Kvemo Kartli merlərinin karyera yolunun müzakirəsi göstərir ki, region rəhbərlərinin bir hissəsinin hərbi strukturlarda işləmək təcrübəsi var. Onların peşə bioqrafiyasında tez-tez Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətə rast gəlinir.

Merlərin
kimliyi, təhsili və iş təcrübəsi ilə bağlı məlumatları bələdiyyələrin rəsmi veb-səhifələrində yayımlanan məlumatlar əsasında təqdim edirik.

Marneuli meri – Daur İsmayılov

Təhsil:
  • 2017–2019 – Gürcüstan İctimai İşlər İnstitutu (GİPA), yerli özünüidarəetmə üzrə magistratura proqramı;
  • 2013–2017 – İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Humanitar Elmlər Fakültəsi, şərqşünaslıq ixtisası (bakalavr).
İş təcrübəsi:
  • 2025 – bu günədək Marneuli bələdiyyəsinin meri;
  • 2022–2025 – Marneuli Bələdiyyə Məclisinin sədr köməkçisi (gənclər məsələləri üzrə);
  • 2019–2022 – Kvemo Kartli Qubernatorluğu, yerli özünüidarə orqanları ilə əlaqələr xidməti;
  • 2017–2019 – Gürcüstan Parlamentinin majoritar deputat bürosu;
  • 2014–2019 – “Elini” MMC-nin direktoru.
Təlimlər:
  • Niderland Demokratiya Məktəbi (NIMD);
  • ATƏT-in müxtəlif proqramları (OSCE);
  • Oratorluq sənəti – Orator məktəbi.
Gürcü, Azərbaycan, türk, ingilis və rus dillərini bilir.

Bolnisi meri – Zamur Çitanava

Təhsil:
  • İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, hüquqşünaslıq üzrə magistr dərəcəsi.
İş təcrübəsi:
  • 2025-ci ildən Bolnisi meri;
  • 01.06.2022–01.06.2023 – Bolnisi Bələdiyyəsi Meriyasının Daxili Audit və Təftiş Xidmətinin Monitorinq və Təftiş şöbəsinin birinci dərəcəli baş mütəxəssisi;
  • 01.09.2014–01.06.2015 – “RMG Gold” MMC-də nəzarətçi;
  • 01.09.2012–01.08.2014 – Gürcüstan Daxili İşlər Nazirliyinin Mühafizə Polisinin Bolnisi Rayon Şöbəsinin rəhbər müavini;
  • 01.02.2011–01.08.2012 – Gürcüstan Daxili İşlər Nazirliyinin Marneuli Rayon İdarəsinin detektiv-müstəntiqi;
  • 01.12.2008–01.08.2010 – Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin N3 İdarəsinin İstintaq və Əməliyyat-Kəşfiyyat Xidmətinin rəhbəri;
  • 01.11.2006–01.11.2008 – Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Ququti N2 Şöbəsinin rəhbər müavini;
  • 01.01.2004–01.10.2006 – Gürcüstan Daxili İşlər Nazirliyinin Bolnisi Rayon İstintaq Xidmətinin müstəntiqi;
  • 01.01.2001–01.07.2003 – Gürcüstan Daxili İşlər Nazirliyinin Didube-Çuqureti Rayon İstintaq Xidmətinin müstəntiqi.
  • Şəxsi biznesdə işləmək təcrübəsi var.
Xarici dil: rus dili.

Dmanisi meri – Koba Muradaşvili

İş təcrübəsi:
  • 1995–1998 – Gürcüstan Parlamenti və Nazirlər Kabinetinin Təhlükəsizlik Polis İdarəsi (kiçik müfəttiş); fiziki şəxslərin mühafizəsi və onların fəaliyyəti üçün təhlükəsiz mühitin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • 1998–2010 – Tbilisi Şəhər Polis Departamenti (məntəqə müfəttişindən idarə rəhbərinədək);
  • 2012–2013 – Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentində şöbə rəhbəri;
  • 2013–2014 – Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin rəhbəri;
  • 2014–2015 – Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Kvemo Kartli Regional İdarəsinin rəhbəri;
  • 2016–2021 – Dövlət Təhlükəsizliyi Departamenti, Tbilisi Baş İdarəsinin rəhbər müavini.
Təhsil:
  • 1993–1996 – Hüquq üzrə bakalavr proqramı, Sənaye və İqtisadiyyat İnstitutu;
  • 1996–2001 – Hüquq üzrə magistr proqramı, Sənaye Biznes İnstitutu.
Təlimlər:
  • Gürcüstan Daxili İşlər Nazirliyinin Akademiyası;
  • Mərkəzi Cinayət Polisi Departamentinin xüsusi hazırlıq kursları;
  • Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları üçün xüsusi təlim kursları.
Kompüter proqramları: Microsoft Office (Word, Excel, PowerPoint).
Dillər: gürcü, ingilis, rus.

Qardabani meri – Davit Karqarateli

Təhsil:
  • 09.2002–07.2006 – İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Biznesin idarəedilməsi (bakalavr).
İş təcrübəsi:
  • 27.10.2021 – hazırda Qardabani Bələdiyyəsinin meri;
  • 21.01.2021–26.10.2021 – Qardabani merinin birinci müavini;
  • 28.07.2020–20.01.2021 – Qardabani Meriyası, İnzibati Xidmətin rəhbəri;
  • 01.2008–07.2020 – Qardabani Meriyası, İnfrastruktur, Tikinti və Məkan Planlaşdırma Xidmətinin layihə koordinatoru;
  • 11.2015–12.2017 – Qardabani Meriyası, Nəzarət Xidmətinin birinci dərəcəli əsas struktur bölməsinin rəhbəri;
  • 08.2014–11.2015 – Qardabani Meriyası, merin Martğopi kəndində nümayəndəsi;
  • 10.2012–08.2014 – Qardabani Meriyası, İdman Mərkəzinin direktoru;
  • 11.2011–10.2012 – Qardabani Meriyası, Nəzarət Xidmətinin baş mütəxəssisi;
  • 11.2010–11.2011 – Qardabani Meriyası, Martğopi kənd ərazi vahidinin mütəxəssisi;
  • 03.2009–11.2010 – Qardabani Meriyası, İqtisadiyyat və İnfrastruktur şöbəsinin baş mütəxəssisi.
Tsalka meri – İlia Sabadze

Təhsil:
  • 1997 – Dövlət Təhlükəsizlik Nazirliyinin Akademiyası;
  • 1988 – Kirov Kənd Təsərrüfatı İnstitutu;
  • 1982 – Tsalka rayonunun Rexi kənd orta məktəbi.
İş təcrübəsi:
  • 2017 – hazırkı vaxtadək Tsalka Bələdiyyəsinin meri;
  • 2013–2017 – Tsalka Bələdiyyəsinin icra başçısı;
  • 2012–2013 – Tsalka Bələdiyyəsinin icra başçısı vəzifəsini icra edən;
  • 2011–2012 – Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin Əməliyyat Bölməsinin Birinci Şöbəsinin rəhbər müavini;
  • 2003–2011 – Gürcüstan Daxili İşlər Nazirliyinin Əks-kəşfiyyat Departamentinin Şərq Regional İdarəsinin Tsalka-Tetritskaro şöbəsinin rəhbəri;
  • 1999–2003 – Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyinin Tsalka-Tetritskaro şöbəsinin rəhbəri;
  • 1993–1999 – Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyinin Tsalka-Tetritskaro şöbəsində müxtəlif vəzifələr;
  • 1992 – Tsalka Rayon Hərbi Komissarlığının mütəxəssisi.
Kvemo Kartli bölgəsinə Tetritskaro bələdiyyəsi də daxildir. Tetritskaro meri “Gürcü Arzusu”nun üzvü Mixeil Aptsiauridir. Lakin Tetritskaro Bələdiyyəsinin rəsmi saytında merin təhsili və iş təcrübəsi haqqında məlumat yerləşdirilməyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google