Yönləndirilmiş 585 azyaşlıdan 110-u cinayəti təkrar törədib – Dövlət Audit Xidməti

Yönləndirilmiş 585 azyaşlıdan 110-u cinayəti təkrar törədib.


Bu barədə Gürcüstanın Dövlət Audit Xidməti tərəfindən hazırlanmış və yönləndirmə–mediasiya proqramına dair hesabatda qeyd olunur.

Məlumat 2022–2025-ci illəri (1 may tarixinədək) əhatə edən şərti məhkum edilmiş şəxslərin və penitensiar müəssisələrdə saxlanılan məhkumların göstəricilərinə əsaslanır. Audit xidməti bildirir ki, gələcəkdə bu göstəricinin artması riski mövcuddur. Qurumun izahına görə, belə tendensiya hesabatda aşkar edilmiş çatışmazlıqlarla əlaqədardır və məqsədyönlü cavab tədbirlərinin planlaşdırılmasını və həyata keçirilməsini tələb edir.

Hesabatda deyilir:
“Yönləndirilmiş şəxslər arasında müqavilənin başa çatmasından sonrakı üç il ərzində cinayət törədənlərin faiz göstəricisi artmaqdadır.

Audit qrupu 2022-ci ildə yönləndirmə qərarı ilə proqrama cəlb olunmuş 585 azyaşlı üzrə təkrar cinayət göstəricisini təhlil edib. Bu məqsədlə məlumatlar 2022–2025-ci illər (1 may tarixinədək) üzrə şərti məhkum edilmiş şəxslərin və penitensiar müəssisələrdə saxlanılan məhkumların məlumatları ilə müqayisə olunub. Analiz nəticəsində məlum olub ki, 110 azyaşlı təkrar cinayət törədib ki, bu da ümumi sayın təxminən 19%-ni təşkil edir. Qeyd edilməlidir ki, bu göstərici yönləndirmə müqaviləsinin bitməsindən hələ tam üç il keçmədiyi bir şəraitdə qeydə alınıb və gələcəkdə daha da arta bilər. Bu
tendensiya hesabatda göstərilən çatışmazlıqlar və çağırışlarla əlaqədardır və məqsədyönlü tədbirlərin görülməsini zəruri edir.”

Sənədə əsasən, yönləndirmə–mediasiya prosesinə dair, bu sahədə həyata keçiriləcək tədbirləri müstəqil və vahid baxışla müəyyən edən ayrıca siyasət sənədi hazırlanmayıb.

Bundan əlavə, audit hesabatında qeyd olunur ki, hazırda qüvvədə olan iki mühüm siyasət sənədi konservativ yanaşma əsasında tərtib edilib və yalnız bir neçə fəaliyyəti əhatə edir. Bu isə sosial işçilərin prosesə cəlb olunması, reabilitasiya proqramlarının əlçatanlığı və ictimaiyyətin maarifləndirilməsi kimi vacib istiqamətlərin tam şəkildə əhatə olunmasını təmin etmir.

Qeyd edək ki, yönləndirmə və mediasiya proqramı azyaşlılar və 18–21 yaş arası şəxslər üçün müəyyən şərtlər yerinə yetirildiyi halda məhkumluq və cəza olmadan həyatını davam etdirmək, qanuna uyğun həyat tərzi qurmaq üçün bir fürsət yaradır.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google