Donuz və iribuynuzlu mal-qaranın sayı azalıb, quşların sayı artıb – Milli Statistika Xidmət

Donuz və iribuynuzlu mal-qaranın sayı azalıb, quşların sayı isə artıb – bu barədə Milli Statistika Xidməti tərəfindən yayımlanan məlumatlarda qeyd olunur.



Daha dəqiq desək, Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin sonuna iribuynuzlu mal-qaranın sayı 760,6 min baş təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,3% azdır. 2024-cü ildə bu göstərici 811,5 min baş
idi.

Eyni zamanda, 2025-ci ildə qeydə alınmış 760,6 min iribuynuzlu mal-qaranın tərkibində inək və camışların ümumi sayı 372,4 min baş olub ki, bu da ötən ilin analoji göstəricisindən 7,9% azdır.

Sakstatın məlumatına görə, ötən il donuzların sayı 122 min baş təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 11,8% azdır. 2024-cü ilin sonunda isə donuzların sayı 138,4 min baş idi.

Quşların sayına gəldikdə isə, 2025-ci ilin sonunda bu göstərici 8,7 milyon baş olub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,3% çoxdur. 2024-cü ilin eyni dövründə quşların sayı 8,047 milyon baş təşkil edirdi.

Məlumatlara əsasən, 2025-ci ildə ölkəyə ümumilikdə 10,7 min baş iribuynuzlu mal-qara idxal olunub, 2024-cü ildə isə bu rəqəm 24,9 min baş idi. Bununla yanaşı, ötən il donuz idxalı 191,2 min baş təşkil edib, 2024-cü ildə isə 183 min baş olub. Quş idxalına gəldikdə, ötən il ölkəyə 7,271 milyon baş quş gətirilib, 2024-cü ildə isə bu göstərici 8,029 milyon baş təşkil edib.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google