Rusiya XİN Əliyevin səfirlik açıqlamasının reallığa uyğun olmadığını bildirib
Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirəsində deyib.

Bu məsələnin Rusiya prezidenti Vladimir Putin qarşısında qaldırılması barədə suala cavabında Əliyev bildirib ki, məsələ rəsmilər arasında çoxsaylı təmaslar zamanı dəfələrlə çatdırılıb. Onun vurğulamasına görə, Rusiya səfirinə
diplomatik nota verilib: "Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin, əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyana hərəkət hesab edilmir".


Rusiya Xarici İşlər Nazirliyi (XİN) isə Əliyevin bəyanatlarının reallığa uyğun olmadığını bildirib. RBK quruma istinadla yazır ki, ötən ilin noyabrında Kiyevdə Azərbaycan səfirliyinin binalar kompleksinə ziyan dəyməsi, güman ki, Ukrayna havadan müdafiə sisteminin "qeyri-korrekt" işinin nəticəsi olub.

Həmin vaxt Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılmış, ona etiraz bildirilmiş, nota təqdim edilmişdi. XİN-in məlumatına görə, Ukraynadakı diplomatik nümayəndəliklərin yerləşdiyi binaların koordinatları hələ 2022-ci ilin aprelində Moskvaya təqdim edilib, koordinatları Rusiya Müdafiə Nazirliyinin nəzərə alacağı bildirilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google