ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun NATO-dan çıxmayacağını
deyir.
O, fevralın 15-də Slovakiyanın baş naziri Robert Fitso ilə birgə
çıxışında ABŞ-nin Avropada son qüvvə yerdəyişməsinin yaratdığı
narahatlıqlara cavab verib.
"NATO-dan çıxmırıq. Alyansı tərk etmirik… Bir ölkədən
digərinə bir neçə min əsgər göndərə bilərik, amma bu, həmişə
olub", – Rubio deyib.
ABŞ-nin Avropada 80 mindən 100 minədək
hərbçisi var,
əməliyyatlardan, təlimlərdən asılı olaraq say dəyişir. Ötən ilin
payızında Vaşinqton bəyan edib ki, çoxu Rumıniyada yerləşən 101-ci
Hava-Desant Diviziyasının yeri dəyişdirilir.
Rubio Vaşinqtonun Avropanı müdafiəyə daha çox pul ayırmaq
çağırışının təlaşla yozulmasını tənqid edib.
"Biz hər dəfə bunu
deyəndə adamlar dəli olurlar. Düşünürlər ki, biz NATO-dan
çıxacağıq, müttəfiqlərimizi tərk edəcəyik. Biz müttəfiqlərimizin
daha güclü olmasını, birlikdə daha güclü olmağımızı
istəyirik", – Rubio deyib.
AzadlıqRadiosunun aparıcı Vaşinqton müxbiri Aleks Raufoğlu yazır
ki, Rubio Avropa müttəfiqlərini müdafiəyə daha çox xərcləməyə
çağırıb. O, ABŞ-nin Avropadan asılı qalmasını istəmədiyini açıq
deyib:
"Avropadan ABŞ-nin vassalı olmasını istəmirik.
Sizin tərəfdaşınız olmaq istəyirik".
Bir gün öncə Münxen Təhlükəsizlik Konfransında çıxışında dövlət
katibi ABŞ və Avropanın taleyinin oxşar olduğunu deyib. O həmçinin
Avropanın mədəni və iqtisadi tənəzzülünü yoluna qoymağa, kütləvi
miqrasiyaya nəzarəti saxlamağa çağırıb, transatlantik birliyi
vurğulayıb.
Rubio Slovakiya səfəri bir neçə saat çəkib, oradan Budapeştə
yollanıb. Onun Macarıstanın baş naziri Viktor Orban ilə görüşü
gözlənilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.