Ermənistanda II Qareginə ittiham irəli sürülüb
Ermənistanın hüquq-mühafizə orqanları fevralın 14-də Katolikos Qareginə rəsmi ittiham irəli sürüblər. Bundan öncə baş nazir Nikol Paşinyan Ermənistan Apostol Kilsəsi ruhanilərinin Avstriyada toplantısının qarşısını alacağını demişdi.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, II Qaregin ölkənin postsovet tarixində rəsmən ittiham olunan ilk kilsə rəhbəri olacaq.

İttihamlar Qareginin yanvarın 27-də bir yepiskopu vəzifədən kənarlaşdırmasından qaynaqlanır. Qevorq Saroyan Paşinyanın katolikosu devirmək kampaniyasına
qatılan ruhanilərdəndir. O, yanvarda kilsənin Ermənistanın cənubundakı Ararat vilayətinin bəzi hissələrini əhatələyən Masiatsotn Yeparxiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Amma Paşinyanın dəstəyi ilə qərarı məhkəmədə mübahisələndirib. Məhkəmə isə iş üzrə hökm çıxanacan Saroyanın vəzifədə qalması haqda qərar verib.

İstintaq Komitəsi isə Saroyanla bağlı kilsənin qərarından sonra cinayət işi açaraq qurumun Ali Dini Şurasındakı altı yepiskopa ittiham irəli sürüb. Onların hüquqi aktın icrasına mane olduğu bildirilir. Yepiskopların ölkədən çıxışı qadağan olunub.

Fevralın 16-19-da isə Avstriyada yepiskopların fövqəladə konfransı keçirilməlidir.


Qareginin ölkədən çıxışına qadağa
Qareginə də eyni ittiham verilib. Kilsənin vəkili Ara Zohrabyanın dediyinə görə, katolikosun da ölkədən çıxışına qadağa qoyulub. Vəkil bunu kilsənin daxili işlərinə birbaşa müdaxilə adlandırıb, hakimiyyəti konfransın işini pozmağa çalışmaqda ittiham edib.

Kilsə də oxşar bəyanat səsləndirib. Konfrans dekabrın 10-12-də Eçmiadzində keçirilməli idi. Sonradan Qaregin onu "ruhanilərə qarşı repressiyalar" səbəbindən təxirə salıb.

Paşinyan cümə günü – fevralın 13-də konfransı pozmaq niyyətini açıq bildirib. O, ABŞ ilə Avropadakı erməni icmalarının səkkiz tanınmış üzvünün onun kilsəyə qarşı hücumlarını pisləyən bəyanatına qəzəbli reaksiya verib. Bəyanat müəllifləri Avstriyada keçirilməsi planlaşdırılan kilsə toplantısının əhəmiyyətini vurğulamışdılar.

"Bütün məsələ Katolikosluğu Ermənistanın hüdudlarından çıxarmaqdan ibarətdir, buna imkan verməyəcəyəm. Bundan ötrü əlavə tədbirlər görülməlidirsə, görüləcək", – Paşinyan jurnalistlərə deyib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google