İndoneziya aprelin əvvəlində Qəzzaya min əsgər göndərməyə hazır olacaq
İndoneziya aprelin əvvəlində Qəzzada mümkün sülhməramlı qüvvəsinin tərkibi üçün min hərbçi hazırlayır. Bunu fevralın 16-da ordunun sözçüsü bildirib.

Sözçü Donni Pramononun dediyinə görə, hərbçi göndərməklə bağlı yekun qərarı İndoneziya prezidenti Prabovo Subianto verəcək. Onun sözlərinə görə, iyunadək Qəzzaya göndərilməyə toplam 8 min əsgər hazır olacaq.

Prezident Prabovo bu həftə ABŞ prezidenti Donald Trampın sədrliyi ilə Sülh Şurasının ilk rəsmi iclasına qatılacaq.

Şuranın yaradılması Tramp administrasiyasının Qəzzada sülh planının bir hissəsidir, məqsəd İsrail ilə HƏMAS qruplaşmasının apardığı müharibəni dayandırmaqdır. Sülh
Şurasının yaradılmasını BMT-nin Təhlükəsizlik Şurası qətnaməsi ilə təsdiqləyib. ABŞ və Aİ HƏMAS-ı terrorçu kimi tanıyıb.

İndoneziya Xarici İşlər Nazirliyi (XİN) fevralın 14-də bildirib ki, ölkə hərbçilərinin Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvəsində iştirakı heç bir tərəflə siyasi münasibətlərin normallaşdırılması kimi yozulmamalıdır.

Cakarta İsraili tanımır və onunla diplomatik münasibətlərə malik deyil.


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google