Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi
Antikorrupsiya Prokurorluğu (SAP) ölkənin keçmiş energetika naziri
Qerman Qaluşşenkonu çirkli pulların yuyulması və cinayətkar
təşkilatda iştirak ittihamları üzrə şübhəli şəxs qismində
tanıyıb.
İstintaqın bildirdiyinə görə, 2021-ci ilin fevralında Böyük
Britaniyanın dənizaşırı ərazisi olan Angilya adasında təxminən 100
milyon dollar investisiya cəlb etməli olan bir fond qeydiyyata
alınıb. Fonda Seyşel adaları
və Sent-Kits və Nevis vətəndaşı
rəhbərlik edib; onun peşəkar şəkildə gəlirlərin yuyulması
xidmətləri göstərdiyi bildirilir. Fondun investorları arasında
Qaluşşenkonun ailəsinin də olduğu qeyd edilir. Onun keçmiş xanımı
və dörd övladı Marşall adalarında yaradılmış, Sent-Kits və Nevisdə
qeydiyyatdan keçmiş trasta inteqrasiya edilmiş şirkətlərin
benefisiarlarıdır.
İstintaqın versiyasına görə, Qaluşşenko nazir vəzifəsində ikən
"Roket" ləqəbli yaxın adamı vasitəsilə cinayətkar təşkilat
energetika sektorundakı qanunsuz fəaliyyətdən 112 milyon dollardan
çox nağd vəsait əldə edib. Şübhəlinin ailəsinin sərəncam verdiyi
fond hesablarına 7 milyon dollardan çox vəsaitin köçürüldüyü
bildirilir. Bundan başqa, azı 1 milyon İsveçrə frankı, 2 milyon
avrodan artıq məbləğ nağd verilib və İsveçrədə birbaşa keçmiş
nazirin ailəsinə köçürülüb.
Antikorrupsiya prokurorluğu bildirir ki, bu vəsaitlərin bir hissəsi
uşaqların İsveçrədəki nüfuzlu təhsil müəssisələrində oxumasına
xərclənib, eləcə də Qaluşşenkonun keçmiş xanımının hesablarına
yerləşdirilib. Qalan məbləğ isə depozitə qoyulub, ailə həmin
depozitdən əlavə gəlir əldə edib və onu şəxsi ehtiyaclarına
xərcləyib.
15 fevral
Ukraynanın keçmiş energetika naziri ölkədən çıxmaq istərkən
saxlanıb
Ukraynanın keçmiş energetika naziri Qerman Qaluşşenko fevralın
15-nə keçən gecə ölkədən çıxmaq istərkən saxlanıb. O,
"Energoatom"da korrupsiya qalmaqalı ilə bağlı vəzifədən
kənarlaşdırılmışdı.
Ukrayna mediasının mənbələrə istinadla yaydığı xəbəri Milli
Antikorrupsiya Bürosu (NABU) təsdiqləyib.
Keçmiş nazirin "Midas" korrupsiya işi çərçivəsində saxlanıldığı
rəsmən bildirilsə də, detallar açıqlanmayıb.
"Ukrainska Pravda"nın məlumatına görə, Qaluşşenko qatarın
qarşısında saxlanılıb. NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu
(SAP) sərhəd xidməti əməkdaşlarına sorğu göndərmişdi ki, Qaluşşenko
ölkəni tərk etməyə çalışarsa, onlara informasiya verilsin.
AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemı" araşdırma layihəsinin
mənbələrinə görə, keçmiş nazirlə bağlı Kiyevdə istintaq hərəkətləri
aparılacaq, qətimkan tədbiri seçiləcək.
2025-ci il noyabrın 10-da NABU "Energoatom"da mütəşəkkil təşkilatın
fəaliyyətini ifşa edib. İddialara görə, sxem iştirakçıları dövlət
şirkətinin təchizatçı və podratçılarından müqavilə məbləğinin 10-15
faizini rüşvət kimi tələb ediblər; artıq göstərilmiş xidmətlər üçün
ödənişləri bloklamaqla təchizatçı statusunu ləğv etməklə
hədələyiblər. Sxem iştirakçılarının "Energoatom"un enerji
obyektlərinin Rusiya zərbələrindən müdafiəsi üçün ayrılmış
vəsaitlərinin yuyulmasında da rol oynadığı bildirilir.
NABU "Energoatom" işi üzrə beş nəfəri saxlayıb. Onların arasında
indiki və keçmiş vəzifəli şəxslər var. İstintaq sxem
təşkilatçısının prezident Volodimir Zelenskinin biznes tərəfdaşı və
"95 Kvartal" studiyasının həmtəsisçisi Timur Mindiç olduğunu
bildirib. Mindiç artıq ölkəni tərk etmişdi, sonradan jurnalistlər
onun İsraildə olduğunu öyrəniblər. Zelenski onun barəsində
sanksiyalar tətbiq edib.
Bu iş çərçivəsində Ukraynanın keçmiş baş nazir müavini Oleksiy
Çernişov iki aylıq həbsə alınıb, keçmiş müdafiə naziri Rustem
Umerov dindirilib, prezident administrasiyasının keçmiş rəhbəri
Andriy Yermakın ofisində axtarış aparılıb. Bir müddət sonra Yermak
istefa verib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.