Marneuli bələdiyyəsinin səhiyyə və sosial proqramları ilə bağlı
sərəncama edilmiş dəyişikliklərə əsasən,
Marneuli meriyasından müalicənin maliyyələşdirilməsini də tələb
etmək mümkün olacaq. Bələdiyyə Məclisinin bu gün, 16 fevral
tarixində keçirilən iclasında deputatlar sərəncama dəyişiklik
edilməsi məsələsini dəstəkləyiblər.
Məsələni müzakirəyə çıxaran Marneuli meriyasının İnzibati
Xidmətinin rəhbəri Mamuka Şubitidze bildirib ki, indiyə qədər
meriyanın müalicəni maliyyələşdirmək hüququ yox idi.
“İndiyə qədər əməliyyat və müayinələrin
maliyyələşdirilməsi nəzərdə tutulurdu. İndi isə müalicənin
maliyyələşdirilməsini də əlavə edirik”, – deyə Mamuka
Şubitidze bildirib.
Vətəndaş müalicənin maliyyələşdirilməsi tələbi ilə Marneuli
meriyasına müraciət edə biləcək. Müraciət xüsusi komissiya
tərəfindən müzakirə olunacaq.
Maliyyələşdirilib-maliyyələşdirilməməsi və ayrılacaq vəsaitin
məbləği barədə qərar qəbul ediləcək.
Bələdiyyə Məclisinin 16 fevral tarixində keçirilən iclasında
ümumilikdə 4 məsələ müzakirə olunub. Deputatlar hər 4 məsələ ilə
bağlı müsbət qərar qəbul ediblər. Məsələlərin müzakirəsi zamanı heç
bir deputat əlavə sual verməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.