Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallasın
fikrincə,
quruma üzv ölkələrin hökumətləri Ukraynanın birliyə daxil olmasının
konkret tarixini deməyə, hələ, hazır deyillər.
Latviya prezidenti Edqars Rinkeviçs Kallasın şərhini dəstəkləyib.
"Bəli, başa düşürük ki, Avropa İttifaqında Ukraynaya
ehtiyacımız var. Amma, bəli, bir çox dövlət başçıları ilə
söhbətlərdə onların üzvlüklə bağlı konkret bir tarixi qəbul etməyə
hazır olmadığı təəssüratı yaranır", - o bildirib.
Rinkeviçs əlavə edib ki, Ukraynanın Aİ-yə üzvlüyü böyük ölçüdə sülh
müqaviləsi ilə bağlıdır: "Sülh sazişi olacaq, ya yox? Rusiyanın
hansısa tədbirlər görəcəyini görmürəm və Rusiya heç bir tədbir
görməsə, razılaşma da olmayacaq".
Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti
Volodimir Zelenski Rusiya ilə sülh müqaviləsi bağlamaq üçün
təhlükəsizlik zəmanətləri çərçivəsində ölkəsinin Aİ-yə daxil olma
tarixinə ehtiyac duyduğunu təkrarlayıb.
"Sənəddə bir
tarix yoxdursa, düşünürəm ki, Rusiya gələcəkdə üzvlüyümüzü
bloklayacaq", - Zelenski əlavə edib.
"Reuters"in məlumatına görə, Ukraynanın 2027-ci ildə bu quruma
qoşulması ABŞ, Ukrayna və Aİ arasında müzakirəsi gedən 20-bəndlik
sülh planına ilkin olaraq daxil edilmişdi. Lakin Aİ-nin bir çox
hökuməti bu və ya digər hər hansı müəyyən tarixin qeyri-real
olduğuna inanır. Çünki Aİ-yə üzvlük, digər məsələlərlə yanaşı,
namizəd ölkənin qanunlarının bu qurumun standartlarına
uyğunlaşdırılmasından asılı olan bir prosesdir.
Ukrayna 2022-ci ilin fevralında Rusiya tammiqyaslı işğala
başladıqdan qısa müddət sonra Aİ-yə qoşulmaq üçün müraciət
edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.