Polşa prezidenti deyir ki, ölkəsinin nüvə silahı olmalıdır
Polşa prezidenti Karol Navrotski "Polsat News" telekanalına müsahibəsində deyib ki, o, "Polşanın nüvə layihəsinə qoşulmasının böyük tərəfdarıdır".

O, ölkəsinin bu istiqamətdə "beynəlxalq normalara uyğun olaraq" işə başlamalı olduğunu bildirib.

"Biz silahlı münaqişənin birbaşa sərhədində yerləşən dövlətik. Təcavüzkar, imperialist Rusiya Federasiyasının Polşaya münasibəti hamıya məlumdur", - Navrotski deyib.

Moskvanın Polşanın nüvə proqramının ortaya çıxmasına mümkün reaksiyası ilə
bağlı suala cavab olaraq Navrotski bildirib ki, "Rusiya nəyə gəldi aqressiv reaksiya verə bilər".

2025-ci ilin yazında Polşanın əvvəlki prezidenti Anjey Duda Birləşmiş Ştatları Rusiya təcavüzünə qarşı çəkindirici amil kimi nüvə başlıqlarını öz ölkəsinə daşımağa çağırıb. Keçən il Polşa Fransa ilə müqavilə imzalayıb və, baş nazir Donald Tuskun sözlərinə görə, bu, nüvə raketlərindən Fransanın müdafiə sisteminin Polşanı əhatələməsinə yol açacaq.

2025-ci il sentyabrın 10-da Ukraynadakı obyektlərə gecə hücumu zamanı Rusiyanın 19 dronu Polşa hava məkanına daxil olub. Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bunu "vətəndaşların təhlükəsizliyinə real təhdid yaradan təcavüz aktı" kimi qiymətləndirib. Növbəti gün Polşa NATO-dan əlavə hava hücumundan müdafiə sistemləri və dronlara qarşı mübarizə texnologiyaları istəyib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google