TV Formula ABŞ Dövlət Departamentinin şərhini yayıb.
Telekanalın bildirdiyinə görə, bu şərh departament tərəfindən
onlara göndərilib.
ABŞ Dövlət Departamenti bəyan edib ki, ABŞ Gürcüstan ilə
konstruktiv münasibətlər qurmağa çalışır və eyni zamanda “iki ölkə
arasında münasibətlərin möhkəmləndirilməsi və irəlilədilməsi
istiqamətində ciddi yanaşmanı təsdiqləmək üçün Gürcüstan
hökumətinin ata biləcəyi addımları” nəzərdən keçirir.
“Amerika Birləşmiş Ştatları artıq 33 ildir ki,
Gürcüstanın və gürcü xalqının seçilmiş tərəfdaşıdır. Biz
Gürcüstanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün
qətiyyətli tərəfdarı olaraq qalırıq.
ABŞ Gürcüstanla konstruktiv münasibətlər qurmağa çalışır.
Prezident Donald Trumpun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan
arasında əldə olunan sülh razılaşması bütün Cənubi Qafqaz üçün
transformativ imkanlar yaradır. Gürcüstan həm bu prosesə öz
töhfəsini verə, həm də bu razılaşmanın mümkün etdiyi sabitlik və
rifahdan böyük fayda əldə edə bilər.
Biz ikitərəfli münasibətlərimizə və Gürcüstandakı siyasi mühitə
təsir edən məsələlər üzrə Gürcüstan hökuməti ilə əlaqələri davam
etdirəcəyik. Həmçinin ölkələrimiz arasında münasibətlərin
möhkəmləndirilməsi və inkişafına ciddi yanaşmanı təsdiqləmək üçün
Gürcüstan hökumətinin ata biləcəyi konkret addımları da müzakirə
edirik”, – deyə TV Formulanın məlumatına görə, ABŞ
Dövlət Departamentinin onlara göndərdiyi şərhdə bildirilir.
Məlumat üçün qeyd edək ki, Bidzina İvanişvilinin parlamentinin
nümayəndə heyəti ABŞ-da səfərdə olub.
Fevralın 23-də hakimiyyətə yaxın televiziya kanalı TV Imedi məlumat
yayıb ki, İvanişvilinin deputatları – Nikoloz Samxaradze, Mariam
Laşxi və Lika Şartava “konqresmen Anna Paulina Lunanın dəvəti ilə”
Vaşinqtonda martın 4-5-də keçiriləcək “Suveren Millətlər Alyansı”
adlı tədbirdə iştirak edəcəklər.
Martın 4-də İvanişvilinin parlamentinin Xarici əlaqələr komitəsinin
sədri Nikoloz Samxaradze ABŞ Milli Təhlükəsizlik Şurası katibinin
müavini Andrew Baker ilə görüşüb.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.