Biznesin “siyasi fəaliyyəti” cəzalandırıla bilən oldu – Kavelaşvili 3 qanun imzalayıb
Mixeil Kavelaşvili parlament tərəfindən 4 martda qəbul edilmiş qanunvericilik paketini elə həmin gün imzalayıb. Cinayət və inzibati məcəllələrə bir sıra məhdudlaşdırıcı maddələrin əlavə edilməsini nəzərdə tutan dəyişikliklər artıq Sakartvelos Sakonmdeblo Matsnedə (rəsmi qanunvericilik bülleteni) dərc olunub və qüvvəyə minib.

Xüsusilə, parlament çoxluğu sürətləndirilmiş qaydada üçüncü oxunuşda “Qrantlar haqqında” və “Vətəndaşların siyasi birlikləri haqqında” qanunlara, həmçinin Cinayət Məcəlləsinə
və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri qəbul edib.

Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində aşağıdakı əməllər cinayət məsuliyyəti yaradır:
  • Konstitusion orqanların tanınmaması;
  • Qrantlar haqqında qanunun pozulması;
  • Biznes subyektinin siyasi fəaliyyət həyata keçirməsi;
  • Siyasi partiyalar tərəfindən bəyannamənin təqdim edilməməsi.
Yeni normaya görə, hər hansı cinayətin törədilməsi zamanı “konstitusion quruluşun və ya konstitusion orqanların tanınmaması motivi” cəzanı ağırlaşdıran hal hesab ediləcək. Bu halda şəxsə əsas cəzaya əlavə olaraq 1 il həbs də tətbiq olunacaq.

Cinayət Məcəlləsinin 194-cü maddəsinə (pulun yuyulması) də mühüm dəyişiklik edilib. Maddəyə yeni ağırlaşdırıcı hal əlavə olunub – “Gürcüstanın siyasi məsələləri ilə bağlı fəaliyyət həyata keçirmək məqsədi ilə”. Bu əmələ görə 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Cinayət Məcəlləsinə həmçinin tamamilə yeni maddə əlavə edilib. Bu maddəyə əsasən, vətəndaş tərəfindən aşağıdakı hərəkətlərin sistemli şəkildə həyata keçirilməsi 3 ilə qədər həbs, cərimə və ya islah işləri ilə cəzalandırıla bilər:
  • qanunvericiliyin kütləvi şəkildə pozulmasına açıq çağırış;
  • hakimiyyət orqanlarına kütləvi itaətsizliyə çağırış;
  • hakimiyyətin alternativ orqanlarının yaradılmasına çağırış;
  • özünü və ya başqa şəxsi özbaşına hakimiyyət nümayəndəsi kimi təqdim etmək.
Qanunda həmçinin belə bir müddəa da əlavə edilib ki, “konstitusion orqanların qeyri-legitimliyi barədə təsəvvür yaratmağa yönəlmiş” və ölkənin maraqlarına zərər vuran istənilən sistemli fəaliyyət də cəzalandırılacaq.

Eyni maddəyə görə, hüquqi şəxslər cərimə və ya ləğvetmə ilə cəzalandırıla bilərlər.

İnzibati Xətalar Məcəlləsinə də yeni qeyd əlavə olunub. Buna əsasən, hər hansı inzibati hüquqpozma “konstitusion orqanların tanınmaması motivi ilə” törədilərsə, məsuliyyət ağırlaşdırılacaq.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google