Suvarma tarifi bahalaşıb – hökumət suvarma suyunun haqqını hansı sxemlə subsidiyalaşdıracaq?
Hökumət suvarma (irriqasiya) suyunun verilməsinin subsidiyalaşdırılması sxemini təsdiqləyib. Gürcüstan Energetika və Su Təchizatı Tənzimləmə Komissiyası (SEMEK) tərəfindən müəyyən edilən yeni tariflərə əsasən, sayğacı olmayan fermerlər üçün 1 suvarmanın qiyməti 116,5 lariyə qədər artır. Halbuki əvvəllər fermerlər bu xidmət üçün ildə yalnız 75 lari ödəyirdilər. Qərbi Gürcüstanda isə tarif daha aşağı – 45 lari idi.

SEMEK-in qərarına əsasən,
tarif müxtəlif kənd təsərrüfatı bitkilərinə görə müəyyən edilib. Məsələn:
  • Birillik bitkilər üçün 1 suvarma – 116,5 lari (ƏDV daxil);
  • Çoxillik bitkilər üçün isə 1 hektar sahənin suvarılması – 102 lari (ƏDV daxil).
Yeni tariflərin tətbiqi fonunda hökumət fermerlərə suvarma suyundan istifadəni qismən subsidiyalaşdıracaq. Yeni qaydaya görə, hökumət mövsüm ərzində üç suvarmanı subsidiyalaşdıracaq, qalan xərcləri isə fermerlər özləri ödəməli olacaqlar.

Qərara əsasən subsidiyalaşdırma qaydası
1. Sayğacı olmayan peşəkar su istifadəçiləri üçün (2026)
2026-cı ilin 1 aprelindən 31 dekabrına qədər göstərilən xidmətlər üçün subsidiya aşağıdakı qaydada tətbiq ediləcək:
  • 1 hektar üçün birillik bitkilərin bir suvarması – 116 lari (ƏDV daxil);
  • çoxillik bitkilər üçün – 102 lari (ƏDV daxil).
Subsidiyalar su istifadəsi qrafikinə uyğun həyata keçirilmiş, lakin 3 suvarmadan çox olmayan əməliyyatlar üçün veriləcək.

Eyni zamanda:
  • Birinci suvarmanın haqqını fermer özü ödəyəcək.
  • Məsələn, sahə 5 dəfə suvarılmalıdırsa, fermer birinci və beşinci suvarmanın haqqını özü ödəməli olacaq.
2. Sayğacı olan peşəkar su istifadəçiləri üçün
Bu istifadəçilər xidmət haqqını sayğac göstəricilərinə əsasən ödəyəcəklər:
  • Birillik bitkilər üçün – ildə 1 hektara qədər maksimum 116 lari;
  • Çoxillik bitkilər üçün – ildə 1 hektara qədər maksimum 102 lari.
Əgər sayğac göstəricisinə görə ödəniş bu məbləği aşarsa, subsidiya yuxarı hədd nəzərə alınmaqla tətbiq ediləcək:
  • Birillik bitkilər üçün – maksimum 349,6 lari / 1 hektar;
  • Çoxillik bitkilər üçün – maksimum 306 lari / 1 hektar.
2027-ci il üçün subsidiya qaydası
Peşəkar istifadəçilər (su istifadəçiləri təşkilatları istisna olmaqla) üçün Gürcüstan Meliorasiya tərəfindən göstərilən suvarma xidmətləri aşağıdakı şəkildə subsidiyalaşdırılacaq.

Sayğacı olmayan istifadəçilər üçün:
  • Subsidiyalar faktiki həyata keçirilmiş suvarma əməliyyatlarına görə veriləcək,
  • lakin 2 suvarmadan çox olmayacaq.
Sayğacı olan istifadəçilər üçün:
  • Birillik bitkilər üçün – ildə maksimum 233 lari / 1 hektar;
  • Çoxillik bitkilər üçün – ildə maksimum 204 lari / 1 hektar.
Əgər sayğac göstəricisinə görə ödəniş bu məbləğdən artıq olarsa, subsidiya aşağıdakı yuxarı hədlər çərçivəsində veriləcək:
  • Birillik bitkilər üçün – ildə maksimum 233 lari / 1 hektar;
  • Çoxillik bitkilər üçün – ildə maksimum 204 lari / 1 hektar.
Qeyri-peşəkar su istifadəçiləri (balıqçılıq təsərrüfatları)
Suvarma suyu balıq yetişdirilən gölməçələr üçün istifadə edilərsə, suyun pərakəndə təchizat tarifi 0,0826 lari / m³ (ƏDV daxil) olacaq və subsidiyalar belə tətbiq ediləcək:
2026-cı ildə:
  • istifadəçi ödənişin 20%-ni,
  • lakin 1 hektara maksimum 300 lariyə qədər ödəyəcək;
  • qalan hissə subsidiya olunacaq.
2027-ci ildə:
  • istifadəçi ödənişin 25%-ni,
  • lakin 1 hektara maksimum 400 lariyə qədər ödəyəcək;
  • qalan hissə dövlət tərəfindən subsidiyalaşdırılacaq.
Tariflərin qüvvəyə minməsi
Meliorasiya üzrə yeni tariflər aprel ayından qüvvəyə minəcək. Ötən ilin sonunda Gürcüstan Energetika və Su Təchizatı Tənzimləmə Komissiyası (SEMEK) Gürcüstan Meliorasiya tərəfindən göstərilən xidmətlərin tariflərini müəyyən edib.

Bu tariflərin subsidiyalaşdırılması isə Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin büdcəsi hesabına maliyyələşdiriləcək.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google