Qonşu ölkələr arasında Gürcüstan müdafiəyə ən az vəsait xərcləyir – qonşu ölkələrin göstəriciləri necədir
İran ilə ABŞ və İsrailin birgə hərbi əməliyyatı artıq altıncı gündür davam edir. İsrail bu əməliyyatı “Şirin nərəsi”, ABŞ isə “Epik qəzəb” adlandırıb.

Münaqişənin beşinci günü – 4 mart tarixində İran Türkiyə istiqamətində ballistik raket buraxıb. Raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib. Qeyd etmək lazımdır ki, İran Türkiyə istiqamətində
raket buraxdığını təkzib edir.

5 mart tarixində isə Naxçıvana dron hücumu həyata keçirilib. Azərbaycan Müdafiə Nazirliyi baş verənlərə görə bütün məsuliyyəti İran İslam Respublikasının üzərinə qoyub.

“Hücumun hədəfi mülki obyektlər idi. Azərbaycan dövləti bu iyrənc terror aktını qətiyyətlə pisləyir və onu törədənlər dərhal məsuliyyətə cəlb olunmalıdır”, – deyə Prezident İlham Əliyev bildirib.

Daha sonra The Times of Israel nəşri məlumat yayıb ki, Azərbaycan ölkənin cənubunda hava məkanını müvəqqəti bağlayıb. Məlumata görə, Azərbaycanın cənubunda hava məkanı 12 saat müddətinə bağlı qalacaq.

Bununla yanaşı, Middle East Eye bu gün ərəb yüksək vəzifəli şəxslərə istinadən xəbər yayıb ki, İran İsrailə xam neftin əsas təchizatçılarından biri olan Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərini hədəfə ala bilər. Gürcüstanda bəzi analitiklər hesab edir ki, yayılan məlumat dezinformasiya ola bilər, lakin heç nəni tam istisna etmək mümkün deyil.

Bu gün həmçinin məlum olub ki, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri arasında telefon danışığı baş tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, telefon danışığı Gürcüstan tərəfinin təşəbbüsü ilə həyata keçirilib.

“Tərəflər ölkələrimiz arasında münasibətlər, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub”, – deyə Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Yaranmış vəziyyət fonunda Gürcüstan və qonşu ölkələrin müdafiə xərcləri də maraq doğurur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü ilə aid son məlumatlarına görə, müdafiəyə ən az vəsait Gürcüstan, ən çox isə Rusiya xərcləyir.

Məlumatlar belədir:

Gürcüstan
  • Hərbi xərclər – 632,3 milyon ABŞ dolları
  • Adambaşına müdafiə xərci – 162 dollar
Ermənistan
  • Hərbi xərclər – 1,4 milyard ABŞ dolları
  • Adambaşına müdafiə xərci – 475 dollar
Azərbaycan
  • Hərbi xərclər – 3,7 milyard ABŞ dolları
  • Adambaşına müdafiə xərci – 367 dollar
Türkiyə
  • Hərbi xərclər – 21,9 milyard dollar
  • Adambaşına müdafiə xərci – 292 dollar
Rusiya
  • Hərbi xərclər – 150,5 milyard dollar
  • Adambaşına hərbi xərclər – 1 026 dollar.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google