Martın 5-də ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald
Trampın İrana qarşı müharibə aparmaq səlahiyyətlərinin
məhdudlaşdırılmasını qəbul etməyib.
Respublikaçı Tomas Massi və demokrat Ro Xannanın hazırladığı qanun
layihəsi 212-219 səs nisbəti ilə qəbul olunmayıb. Sənəddə deyilirdi
ki, Tramp Tehrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün
Konqresdən icazə almalıdır.
Bir gün öncə Senat oxşar təşəbbüsü rədd etmişdi.
Qanun layihəsi hər iki palatada qəbul olunsaydı belə, Tramp ona
veto qoya bilərdi. Vetonu ləğv etmək üçün isə hər iki palatada üçdə
iki səs çoxluğu tələb olunacaqdı. Konqresin hazırkı tərkibi ilə bu,
demək olar, mümkün deyil.
ABŞ Konstitusiyasına görə, müharibə elan etmək səlahiyyəti Konqresə
məxsusdur. Prezidentlərin Konqresin razılığı olmadan ABŞ
qüvvələrini uzunmüddətli münaqişələrə cəlb etməsinin qarşısını
almaq üçün 1973-cü ildə Müharibə Səlahiyyətləri Qətnaməsi qəbul
edilib.
"Hazırda müharibə səlahiyyətləri ilə bağlı qətnamənin
qəbulu dəhşətli və təhlükəli ideya olar... Bu, düşmənlərimizi
gücləndirər", – Nümayəndələr Palatasının respublikaçı
spikeri Mayk Conson səsvermədən öncə jurnalistlərə deyib.
Senatda demokrat azlığın lideri Çak Şumer isə bildirib ki,
"respublikaçıların xeyli populyar bir addımı atmaq şansı var idi:
Trampın müharibəsinə "yox" demək".
"Əvəzində onlar həvəslə "bəli" dedilər, indi bu
müharibəyə Donald Tramp qədər onlar da
cavabdehdirlər", – o əlavə edib.
4 mart
Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə
Senatdan keçmədi
ABŞ Senatı prezident Donald Trampın Konqresin təsdiqi olmadan İrana
qarşı hərbi əməliyyatları davam etdirmək səlahiyyətini
məhdudlaşdıran qətnaməni bloklayıb. İki partiyanın hazırladığı
sənəd 53-47 səs fərqi ilə Senatdan keçməyib.
Qətnamədə İrana əlavə zərbələr üçün Konqresin icazəsi tələb
olunurdu. Amma respublikaçıların əksəriyyəti buna qarşı çıxıb,
prezidentin əməliyyatları idarə etmək üçün ali baş komandan
səlahiyyəti olduğunu bildirib.
Kentukki ştatından senator Rend Pol partiyasından qətnaməni
dəstəkləyən yeganə respublikaçı olub. Meyn ştatından Syuzan Kollinz
və Alyaskadan Liza Murkovski isə münaqişənin miqyası ilə bağlı
narahatlıq bildiriblər, amma qətnaməyə qarşı səs veriblər. Kollinz
deyib ki, qətnamənin indi qəbulu "İrana və qonşularımıza yanlış
mesaj göndərərdi".
Demokratlar səsverməyə konstitusiya sınağı kimi baxırdılar.
Nyu-Yorkdan senator Çak Şumer bildirib ki, qanunvericilər "oğul və
qızları təhlükənin içinə göndərmək" ilə bağlı qərar verməlidirlər.
Pensilvaniyadan Con Fetterman qətnaməyə qarşı səs verən yeganə
demokrat olub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.