IV rübdə Gürcüstanda biznes sektoru 839,2 min nəfəri məşğulluqla təmin edib – sektorlar üzrə bölgü necədir
Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) müəssisələrin fəaliyyətinin nəticələrinə dair məlumatına əsasən, 2025-ci ilin IV rübündə biznes sektorunda məşğul olanların orta sayı 839,2 min nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur.

Ümumi məşğul olanların 43,3%-i qadın, 56,7%-i isə kişi olub.

Qeyd etmək lazımdır ki, işçilərin yarıdan çoxu kiçik və
orta biznes tərəfindən işlə təmin edilir. Belə ki, ümumi məşğul olanların:
  • 41,4%-i iri biznesin,
  • 19,4%-i orta biznesin,
  • 39,2%-i isə kiçik biznesin payına düşür.
Hesabat dövründə muzdla çalışanların ümumi sayı 782,8 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur. Müəssisələrin işçi heyətinə çəkdiyi ümumi xərclər isə 6,3 milyard lari təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artıb.

2025-ci ilin IV rübündə biznes sektorunda məşğul olanların sayına görə lider sahələr bunlar olub:
  • Ticarət (topdansatış və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri),
  • Emal sənayesi,
  • Səhiyyə və sosial xidmətlər.
Məşğul olanların yarıdan çoxu paytaxt Tbilisidə cəmləşib. Regionlar üzrə bölgü belədir:
  • Tbilisi – 66,5%
  • Acarıstan MR – 10,2%
  • İmereti – 5,9%
  • Kvemo Kartli – 5,1%
  • Sameqrelo – Yuxarı Svaneti – 3,2%
  • Kaxeti – 2,6%
  • Şida Kartli – 2,2%
  • Mtsxeta-Mtianeti – 1,7%
  • Samtsxe-Cavaxeti – 1,4%
  • Quriya – 0,9%
  • Raça-Leçxumi və Kvemo Svaneti – 0,3%.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google