Acarıstanda dövlət sərhədinin qanunsuz keçilməsi faktı aşkarlanıb
Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməliyyat-istintaq şöbəsinin əməkdaşları Acarıstan regionunda həyata keçirilən əməliyyat tədbirləri zamanı xarici ölkə vətəndaşları – 1981-ci il təvəllüdlü H.G., 1998-ci il təvəllüdlü B.Ç. və 1995-ci il təvəllüdlü B.S. – dövlət sərhədini qanunsuz keçməkdə ittiham edilərək saxlayıblar.

Araşdırmalar göstərib ki, həbs olunanlar “Sarpi” sərhəd keçid məntəqəsini keçərək, Türkiyədən Gürcüstana doğru hərəkət edən yük maşını (trailer)
içində gizlənməklə sərhədi qanunsuz keçiblər.

Faktla bağlı cinayət işi Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi ilə açılıb. Maddəyə əsasən, bu əmələ görə 5 ilədək həbs cəzası nəzərdə tutulur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google