Martın 8-də İranın Ekspertlər Məclisi Müctəba Xameneini yeni ali
lider elan edib.
Onun atası Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin zərbələri
nəticəsində öldürülüb. İslam Respublikasının tarixində ilk dəfədir
ki, ali rəhbərin oğlu atasını əvəz edir.
M.Xamenei ictimaiyyət arasında nadir hallarda görünüb, dini
dərslərdən kənarda geniş izləyici kütləsi qarşısında heç vaxt çıxış
etməyib. Amma o, ali
rəhbərin ofisinə, İranın təhlükəsizlik
institutlarına yaxın şəxslər üzərində təsirə malik bir xadim
sayılır.
M.Xamenei kimdir və necə oldu ki, atasının varisinə çevrildi?
AzadlıqRadiosunun fars xidməti bu barədə yazır.
"Müctəba ağa"
Mərhum ali rəhbərin 56 yaşlı ikinci oğlu uzun illər "qapı
gözətçisi" kimi təsvir olunur.
Heç vaxt rəsmi dövlət vəzifəsi tutmayıb. Amma o, son 20 ildə
atasının ofisi – "Beyt"in mərkəzində dayanıb, ruhani isteblişment
ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlaqələrini
koordinasiya edib.
Ə.Xamenei bir dəfə ölkəiçi tənqidçilərinə xəbərdarlıq edibmiş ki,
oğluna yalnız "Ağa" deyə müraciət etsinlər.
2005-ci ildə prezident seçkisində məğlub olmuş Mehdi Kərrubi
Ə.Xameneini Məhəmməd Baqir Qalibafın seçki kampaniyası zamanı oğlu
Müctəbanı dəstəkləməkdə ittiham etmişdi. Kərrubi onu da demişdi ki,
ağsaqqallardan biri Ə.Xameneiyə
"Sizin ali həzrətlərinizin
oğlu seçkilərdə filankəsi dəstəkləyir" deyəndə Xameneinin
cavabı belə olub:
"O, sadəcə ağanın oğlu deyil, özü də
ağadır".
M.Xameneinin adını ilk dəfə İran siyasətinə gətirən bu cümlə olub.
O, artıq təkcə ali rəhbərin oğullarından biri deyil, müstəqil
siyasi fiqur kimi görünməyə başladı.
Ekspertlər Məclisi Müctəbanı ali rəhbər seçməklə onu rəsmən İslam
Respublikasının onsuz da kövrək hakimiyyət strukturunun mərkəzinə
çevirdi.
SEPAH-ın M.Xameneini dəstəklədiyi bildirilir, onun seçilməsi
davamlılığı göstərir. Tərəfdarlarının fikrincə, təhlükəsizlik
aparatına yaxınlığı onu aktiv münaqişə dövründə nizamı qoruya
biləcək ən uyğun namizədə çevirir.
Tənqidçilərdən "irsi idarəçilik" xəbərdarlığı
Di gəl, bu yüksəliş xüsusilə İslam Respublikasının əsas
tərəfdarları arasında narazılıq yarada bilər. Tənqidçilər
bildirirlər ki, irsi hakimiyyətə doğru addım 1979-cu il İslam
İnqilabının monarxiyaya qarşı əsas prinsiplərinə ziddir.
"Oğulun atasını əvəz etməsi görüntü baxımından
monarxiyaya bənzəyir", – Cenevrə Ali Məktəbinin baş
elmi əməkdaşı Fərzan Sabet 2024-cü ildə AzadlıqRadiosuna deyib.
Ekspertlər Məclisinin bir üzvü 2024-cü ildə iddia edib ki,
Ə.Xamenei şəxsi söhbətlərdə oğlunun onu əvəzləməsinə qarşı olduğunu
bildirib.
Üstəlik, oğul Xameneinin nisbətən aşağı hüccətüislam ruhani rütbəsi
də mübahisə mövzusudur. Hərçənd İran mədrəsələrinə bağlı bir xəbər
agentliyi 2022-ci ildən onu yüksək "ayətullah" titulu ilə təqdim
etməyə başlayıb.
2011-ci ildən ev dustaqlığında olan keçmiş baş nazir Mir Hüseyn
Musəvi 2022-ci ildə xəbərdarlıq edirdi ki, Ə.Xamenei oğlunu
hakimiyyətə hazırlayır. Onun iddiasına görə, bu da 1979-cu il
inqilabının son qoymaq istədiyi irsi hakimiyyət modelinin faktiki
bərpası deməkdir.
"2 min 500 illik sülalələr qayıdıb ki, oğul atasının
yerinə hakimiyyətə gəlsin?", – o yazmışdı.
Ekspertlər Məclisi isə tənqidləri belə cavablandırmışdı ki, ali
rəhbər "layiqlilik" əsasında seçilir.
"Bloomberg"in yanvarın sonunda yaydığı hesabat, digər araşdırmalar
oğul Xameneiyə bağlı geniş və gizli daşınmaz əmlak portfelini üzə
çıxarıb. O, 2019-cu ildən ABŞ sanksiyaları altındadır. Vasitəçilər
və "saxta şirkətlər" vasitəsilə dünyadakı lüks aktivlər şəbəkəsini
qoruyub saxladığı, hətta genişləndirdiyi bildirilir.
M.Xameneinin xanımı Zəhra Həddad-Adil də qayınatası ilə birlikdə
ABŞ və İsrailin hücumu nəticəsində həlak olub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.