ABŞ və İsrailin İrana hava zərbələri dünyanın diqqətini Yaxın Şərqə
yönəldib.
Bu, resursları və siyasi diqqəti dörd ildən çoxdur Rusiyanın
tammiqyaslı işğalına məruz qalmış Ukraynadan yayındıra bilərmi?
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu Vaşinqtonda bu
yöndə müzakirələrin qızışdığını yazır.
Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə İtaliyanın
"Corriere della Sera" qəzetinə müsahibəsində bu
narahatlığını dilə gətirib. O, İran
böhranının məhdud bir əməliyyat
kimi qalacağına ümidini bildirib, amma bunun belə olmayacağı riski
də var.
ABŞ rəsmiləri və konqresmenlərinin AzadlıqRadiosuna dediyinə görə,
İran kampaniyasının miqyasının məhdud qalacağına inanırlar. Onlar
Kiyevin ehtiyaclarının ön planda saxlamaq vədi veriblər.
Nümayəndələr Palatasının Texas ştatından üzvü, Helsinki
Komissiyasının komissarı Ceyk Ellzi bildirib ki, ABŞ həm İran, həm
də Ukrayna münaqişələrini eyni vaxtda idarə edə bilər. Onun
sözlərinə görə, dünyada çox vaxt birdən çox təhlükəsizlik
problemini eyni anda həll etmək tələb olunur:
"Bəli,
İran hazırda diqqəti özünə cəlb edib... Amma Ukrayna da
var".
Konqresmen beynəlxalq ictimaiyyətin Ukraynanı dəstəkləməkdə birgə
mövqedən çıxış etdiyini vurğulayıb.
"Bizim işimiz İranın hücum qabiliyyətini sıradan
çıxarmaqdır. İsraillilər digər elementlərlə məşğuldurlar. Fikrimcə,
bu, yetərincə tez bitəcək", – o vurğulayıb.
Respublikaçılar Ukrayna ilə strateji əlaqə
görürlər
Digər respublikaçı konqresmenlər İrana hücumların Ukraynadakı döyüş
meydanına təsirlərindən danışıblar.
Yuta ştatından senator Con Körtis deyib ki, ABŞ-nin İranın hərbi
obyektlərinə hücumları dron istehsalını əngəlləyə bilər. Rusiya
İrandan aldığı "Şahed-136" dronları ilə Ukraynanın şəhərlərinə,
enerji infrastrukturuna hücumlar edir.
Nümayəndələr Palatasının Cənubi Karolina ştatından üzvü Co Uilson
ötən həftənin əvvəlində Helsinki Komissiyasının dinləməsində bu
fikri səsləndirib. O deyib ki, Tehranın hərbi imkanlarının
zəiflədilməsi Ukraynanın müdafiəsinə təzyiqi azalda bilər, çünki bu
halda İranın Moskvaya hərbi dəstəyi də təsirsiz ötüşməyəcək.
Tramp administrasiyası İran kampaniyasının müddəti ilə bağlı
qarışıq siqnallar verib. Tramp əməliyyatların 100 gün də davam edə
biləcəyini bildirib, ABŞ qoşunlarının İran torpağına girəcəyini də
istisna etməyib.
Nümayəndələr Palatasının Texasdan respublikaçı üzvü Avqust Pflüqer
xəbərdarlıq edib ki, döyüşlərin davam etməsi sursat ehtiyatlarını
azalda bilər. O, martın 4-də Heritic Fondunda çıxışında deyib:
"İranla döyüş sursat ehtiyatlarımızın bir hissəsini
tükəndirəcək... dünyadakı düşmənlərimizi qorxutmağa davam etmək
üçün onun yerini doldurmalıyıq".
Demokratların əndişəsi
Demokratlar da oxşar skeptisizm sərgiləyiblər. Onların fikrincə,
İran əməliyyatları ABŞ-nin eyni vaxtda qlobal təhdidlərlə mübarizə
səylərini çətinləşdirə bilər.
Senator Kris Kuns ötən həftə deyib ki, Tehranın terrorizmi
dəstəkləməsi yaxşıca sənədləşdirilib, amma administrasiya İranın
ABŞ-yə qaçılmaz təhlükə yaratdığını yetərincə sübut etməyib. Onun
sözlərinə görə, Vaşinqtonun onsuz da "təcavüzkar" Çin və Rusiyadan
ciddi təhdidlərlə üzləşdiyi bir vaxtda hərbi əməliyyatlara başlamaq
ABŞ-nin strateji diqqətinin və hərbi potensialının yükünü
artırır.
Bəzi demokratlar isə İran əməliyyatlarında istifadə edilən
resursların Ukraynaya yönəldilə biləcəyini söyləyirlər.
Konnektikut ştatından senator Riçard Blumental martın 5-də
jurnalistlərə deyib ki, "Epik Qəzəb" əməliyyatına sərf olunan bəzi
silahlar Kiyevə dəstəyinə gedə bilərdi.
Pentaqonun hədəfləri
Pentaqonun siyasət rəhbəri Elbric Kolbi martın 4-də Xarici Əlaqələr
Şurasında çıxışında İran əməliyyatını Tehranın hərbi gücünü
zəiflətməyə yönəlmiş səy kimi təsvir edib. O, birdən çox rəqibin
eyni anda hərəkətə keçdiyi ssenarilərə hazırlıq məsələsində
çətinliyi də etiraf edib:
"Əsas hərbi problem mümkün
düşmənlərin eyni vaxtda və ya təxminən eyni vaxtda fəaliyyət
göstərmə potensialıdır".
Bəs, müttəfiqlər nə deyir?
ABŞ-nin bəzi müttəfiqləri isə İran və Ukraynadakı böhranlara
demokratik ölkələrlə avtoritar rejimlərin daha geniş
qarşıdurmasının tərkib hissəsi kimi baxırlar.
Litvanın xarici işlər nazirinin müavini Vidmantas Verbitskas
bildirib ki, hadisələrə daha geniş kontekstdə baxılmalıdır. O, ötən
həftə Vaşinqtonda AzadlıqRadiosuna danışıb.
"Ukraynada baş verənlər Rusiyanın təcavüzkar
müharibəsidir. İranda gördüyümüz isə həm də humanitar fəlakətdir.
Bu rejimlər dinc həll yolları axtarmır. Onlar beynəlxalq hüququ
məcbur etməyə, əzməyə və ona məhəl qoymamağa
çalışırlar", – Verbitskas deyib.
Nazir müavininin fikrincə, demokratik dünya diqqəti bir böhrandan
digərinə yönəltmək əvəzinə, bir-birinə bağlı çətinliklərlə üzləşir:
"Bu, diqqətin dəyişdirilməsi deyil. Demokratik dünya diktaturalarla
mübarizə aparır".
Yaxın Şərqdəki gərginliyin Ukraynaya potensial təsirlərinə gəlincə,
Verbitskas qəti nəticələr üçün hələ tez olduğunu vurğulayıb:
"Silah təchizatı, neft qiymətləri ilə bağlı çoxlu
fərziyyələr var. Enerji bazarlarındakı təlatüm Rusiyaya müvəqqəti
kömək edə bilər, lakin təchizat zəncirlərinə də təsir göstərə
bilər".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.