Gürcüstan Energetika və Su Təchizatı Tənzimləmə Milli Komissiyası
(SEMEK) elektrik
enerjisi tariflərinin dəqiqləşdirilməsini cari ayın sonunadək
planlaşdırır.
Tənzimləyicinin sədri Davit Narmania jurnalistlərlə söhbətində
bildirib ki, ötən ilin dekabrında müəyyən edilmiş tarif müvəqqəti
xarakter daşıyırdı, çünki bəzi parametrlərin əlavə araşdırılması
tələb olunurdu.
“Keçən ilin dekabrında biz elektrik enerjisi üzrə müvəqqəti tarifi
təsdiqlədik, çünki müəyyən parametrlərin dəqiqləşdirilməsi lazım
idi. Hazırda həmin parametrlərin dəqiqləşdirilməsi prosesi davam
edir”, – deyə SEMEK sədrı bildirib.
Onun sözlərinə görə, tariflə bağlı qərar ayın sonunda məlum olacaq,
lakin bu mərhələdə istehlakçılar üçün ödənişlərin artıb-artmayacağı
naməlumdur.
“Parametrlər dəqiqləşdirilən kimi, ayın sonuna yaxın
müvafiq qərarı qəbul edəcəyik. Tarifin konkret olaraq necə
dəyişəcəyi və artımın olub-olmayacağı barədə indi qəti cavab vermək
çətindir, çünki bu istiqamətdə iş hələ də davam
edir”, – Davit Narmania əlavə edib.
Suala cavab olaraq – tarifə ayın sonunda yenidən
baxılıb-baxılmayacağına – Narmania təsdiqləyib ki, komissiya qərarı
məhz bu müddətdə qəbul edəcək.
Ötən il ərzində SEMEK elektrik enerjisinin bahalaşa biləcəyini bir
neçə ay öncədən anons edir, səbəb kimi isə infrastrukturun
inkişafını göstərirdi. Daha sonra, dekabr ayında, enerji və su
təchizatını tənzimləyən milli komissiya mövcud tariflərin üç ay
müddətinə dəyişmədən saxlanılması barədə qərar qəbul etmişdi.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.