"Təhlükəsizlik məsələlərinin müzakirəsinin etnik çərçivəyə keçməsi tendensiyası xüsusilə problemlidir" – Ayhan Həsənli
Hüquqşünas və hüquq müdafiəçisi Ayhan Həsənli bəzi müsəlman din xadimlərinin İrana dəstək bildirməsinə və bəzi siyasətçilərin müsəlman icmasını eyni prizmadan dəyərləndirməsinə münasibət bildirib.

Həsənlinin sözlərinə görə, İranın siyasi rejiminin tənqidini, konkret radikal qrupların tənqidini və Gürcüstanın müsəlman vətəndaşlarının kollektiv şəkildə günahlandırılmasını bir-birindən ayırmaq vacibdir.

"İran hakimiyyəti avtoritar və repressiv rejimdir və onun tənqid olunması tamamilə qanunidir. Lakin bu tənqiddən avtomatik olaraq nə İslamın tənqidi, nə də müsəlmanların kollektiv şəkildə şübhə altına alınması irəli gəlir", – deyə Həsənli yazır.

Vəkilin sözlərinə görə, İslam fərqli teoloji, mədəni və siyasi şərhləri olan rəngarəng bir dindir. Buna görə də İran rejiminin tənqidindən ümumilikdə müsəlmanlara qarşı inamsızlığa haqq qazandırmaq üçün istifadə olunmasını o, islamofobiya kimi qiymətləndirir.

"İkinci mühüm problem məsələyə son dərəcə bəsit yanaşmadır. Mürəkkəb sosial və siyasi proseslər yalnız "İranın təsiri" ilə izah edildikdə, yerli sosial kontekst, iqtisadi bərabərsizlik, regional inkişaf problemləri, siyasi təmsilçilik çatışmazlığı və dövlətin vətəndaşlarla kommunikasiyasının uğursuzluğu qulaqardı edilir. Belə şəraitdə dini kimlik tez-tez sosial etiraz və ya özünüifadə formasına çevrilir. Buna görə də dini fəallığın artmasının yalnız xarici təsirlə izah edilməsi ciddi təhlilə tab gətirmir", – deyə Həsənli qeyd edir.

Ayhan Həsənlinin sözlərinə görə, bütün cəmiyyətlərdə olduğu kimi, müsəlman icmasında da fərqli mövqelər mövcuddur və konkret qrupların və ya din xadimlərinin bəyanatları bütün icmanın mövqeyinin göstəricisi ola bilməz.

"Təhlükəsizlik məsələlərinin müzakirəsinin etnik çərçivəyə keçməsi tendensiyası xüsusilə problemlidir. Etnik azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır və onların kollektiv şəkildə təhlükəsizlik riski kimi təqdim edilməsi təkcə ədalətsizlik deyil, həm də siyasi baxımdan təhlükəlidir. Tarixi təcrübə yaxşı göstərir ki, etnik damğalama tez-tez məhz cəmiyyətin qarşısını almaq istədiyi qarşıdurmaları yaradır.

Eyni zamanda qeyd edilməlidir ki, təhlükəsizlik məsələlərinin siyasiləşdirilməsi də problemdir. Bütün diskussiya yalnız hakimiyyətin əleyhinə və ya lehinə yönəldikdə, real problemlərin təhlili arxa plana keçir. Təhlükəsizlik siyasəti siyasi qütbləşmə məntiqinə deyil, institutlara, tədqiqatlara və ictimai dialoqa əsaslanmalıdır",
– Həsənli yazır.

Gürcüstanın müsəlman icmasının bir hissəsi İran lideri Ayətullah Əli Xameneyinin öldürülməsi ilə bağlı bəyanatlar verib, İsrail və ABŞ tərəfindən İran İslam Respublikası liderinin öldürülməsini pisləyib. Din xadimlərinin bəyanatları cəmiyyətin və siyasətçilərin bir hissəsi tərəfindən terrorçu ideologiyaya dəstək kimi qiymətləndirilib.

Sosial şəbəkələrdə İran səfirliyi qarşısında toplaşan Gürcüstan vətəndaşlarını əks etdirən bir neçə saniyəlik video yayımlanıb. Onlar şüarlarla və Ayətullah Əli Xameneyinin şəkilləri ilə İran İslam Respublikasına dəstək bildirir və liderinin öldürülməsi ilə əlaqədar başsağlığı verirlər. Videoda "Gürcüstan şərəflidir. Pəhləvi (İranın sonuncu şahı) şərəfsizdir" və "Ləbbeyk Ya Xameneyi! (Sənə itaət edirəm, sənin əmrindəyəm, Xameneyi)" şüarları eşidilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub a
bunə olun!

Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google