Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qardabani
bələdiyyəsinin Qaracalar kənd inzibati vahidində merin keçmiş
nümayəndəsini saxlayıb.
Məlumata görə, saxlanılan şəxs vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək dövlət əmlakının qanunsuz mənimsənilməsinə
şərait yaradıb.
DTX-nin yayımladığı rəsmi bəyanatda bildirilir ki, müttəhimin
verdiyi saxta sənədlər əsasında bir vətəndaş dövlət mülkiyyətində
olan 8 840 kvadratmetr torpaq sahəsini dələduzluq yolu ilə öz adına
rəsmiləşdirib.
“Xidməti mövqedən
istifadə etməklə külli miqdarda dələduzluğa kömək
etmə və vəzifə saxtakarlığı faktları ilə bağlı olaraq Qardabani
bələdiyyəsinin Qaracalar kənd inzibati vahidində merin keçmiş
nümayəndəsinə qarşı ittiham irəli sürülüb. Onun verdiyi saxta
arayış əsasında vətəndaş dövlətə məxsus, ümumi dəyəri 67 060 lari
olan dörd torpaq sahəsini qanunsuz olaraq qeydiyyata aldırıb”, –
deyə qurumun bəyanatında qeyd olunur.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, faktla bağlı
Gürcüstan Cinayət Məcəlləsinin 25-ci maddəsi, 180-ci maddəsinin
üçüncü hissəsinin “a” və “b” bəndləri, eləcə də 341-ci maddəsi ilə
istintaq aparılır. Həmin maddələr 6 ildən 9 ilədək müddətə
azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.