DTX Qardabaninin Qaracalar kəndində merin keçmiş nümayəndəsini saxlayıb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qardabani bələdiyyəsinin Qaracalar kənd inzibati vahidində merin keçmiş nümayəndəsini saxlayıb. Məlumata görə, saxlanılan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət əmlakının qanunsuz mənimsənilməsinə şərait yaradıb.

DTX-nin yayımladığı rəsmi bəyanatda bildirilir ki, müttəhimin verdiyi saxta sənədlər əsasında bir vətəndaş dövlət mülkiyyətində olan 8 840 kvadratmetr torpaq sahəsini dələduzluq yolu ilə öz adına rəsmiləşdirib.

“Xidməti mövqedən
istifadə etməklə külli miqdarda dələduzluğa kömək etmə və vəzifə saxtakarlığı faktları ilə bağlı olaraq Qardabani bələdiyyəsinin Qaracalar kənd inzibati vahidində merin keçmiş nümayəndəsinə qarşı ittiham irəli sürülüb. Onun verdiyi saxta arayış əsasında vətəndaş dövlətə məxsus, ümumi dəyəri 67 060 lari olan dörd torpaq sahəsini qanunsuz olaraq qeydiyyata aldırıb”, – deyə qurumun bəyanatında qeyd olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 25-ci maddəsi, 180-ci maddəsinin üçüncü hissəsinin “a” və “b” bəndləri, eləcə də 341-ci maddəsi ilə istintaq aparılır. Həmin maddələr 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google