Bu gün "Yel" çərşənbəsidir.
Yel çərşənbəsi Novruzun dörd əsas çərşənbəsindən
üçüncüsüdür. Xalq inanclarına görə, bu gün əsən küləklər torpağı
hərəkətə gətirir, təbiətə yeni nəfəs verir.
Bu çərşənbədə tonqal qalamaq, onun üzərindən atlanmaq, evləri
təmizləmək və bayrama hazırlıq görmək ənənədir. İnanclara görə, Yel
çərşənbəsində əsən küləklər insanın ağrı-acısını alıb aparır. Başqa
bir inanca görə isə Yel
çərşənbəsində külək arzuları göylərə qaldırır. Buna görə də bu
axşam niyyət tutanlar çox olur.
Yel çərşənbəsi bizə baharın yaxınlaşdığını, təbiətin yenidən
canlandığını xatırladır. Bu küləkli gündə əsrlərdir davam edən
ənənələri yaşatmaq Novruza daha bir addım atmaq deməkdir.
Xalq arasında
“Külәk oyadan çәrşәnbә”, “Külәkli
çәrşәnbә” kimi tanınan Yel çәrşәnbәsi ilaxır çәrşәnbәlәrin
üçüncüsüdür.
Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən
xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi havanın
yenilənməsinin göstəricisi kimi qəbul edilir. Bu çərşənbədə
mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə
gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir
hərarət olur. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan
quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Bu çərşənbə ilə bağlı illərdir dillərdən düşməyən və bu günə qədə
gəlib çıxan atalar sözləri və məsəllər də var.
"Yel əsib qoz tökülüb", "Yelnən gələn selnən gedər", "Yel
apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar",
"Yel bağlayanı el açar", "Külək kimi hərdən bir yana əsmə" və
s.
Yel çərşənbəsində əsasən qadınlar, qızlar evdə tam mənada təmizliyə
riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi
eyvana atır ki, havadan gələn bahar yeli ilə yenilənsin. Həmçinin
evlərdə hər tәrәf silinib, tәmizlәnir, xalçalar çırpılır, şüşәlәr,
pәncәrәlәr silinmәyә başlanılır.
Ümumiyyәtlә isә insanlar yelin, yәni külәyin insanlara xoş vә şirin
təəssüratlar gәtirәcәyinə inanırlar. Bu çәrşәnbә dә digәrlәrindә
olduğu kimi hamının qapısında, hәyәtindә tonqallar yandırılaraq
uşaqdan böyüyədək tonqalın üzәrindәn tullanırlar.
Bu çərşənbələrdə süfrənin yaraşığı dadlı və müxtəlif yeməklərlə
yanaşı, meyvə, qoz-fındıq və şirniyyatlarla bəzədilmiş
səmənidir.
Onu da xatırladaq ki, Novruz bayramına qədər 4 çərşənbə - su, od,
yel və torpaq çərşənbələri qeyd edilir. Hər bir çərşənbənin öz
mənası var. Su çərşənbəsi dağlardakı qarın əriyib torpağı
qidalandırması, od çərşənbəsi Günəşin torpağı qızdıraraq yeni əkinə
hazılaşdırması, yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq
Novruzun gəlişi barədə xəbərdar etməsi, torpaq çərşənbəsi isə
əkinin başlanması ilə bağlıdır.
Qeyd edək ki, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi
martın 18-nə təsadüf edəcək. Novruz bayramı axşamı martın 21-i qeyd
ediləcək.
Yaz fəslinin Gürcüstana daxil olması martın 20-ə təsadüf edəcək. Bu
zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub,
qərbdə batır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.