Rusiya qoşunları Ukraynanın şərqi Zaporojye bölgəsindəki Qulyaypole
şəhərində irəliləyiblər.
Son aylar bu şəhər uğrunda ağır döyüşlər gedir. Xəbəri Ukraynanın
cəbhədə vəziyyəti izləyən "DeepState" layihəsi yayıb.
"Təəssüf ki, Qulyaypole ərazisində vəziyyət əlverişli deyil. Düşmən
şəhəri praktiki işğal edib, çoxlu sayda piyada cəlb edib, əlavə
qüvvələr atır,.. fəal şəkildə əməliyyat keçirir", –
portal bildirir.
AzadlıqRadiosunun Ukrayna xidmətinin "Donbass.Realities"
layihəsi
isə qeyd edir ki, şəhərin qərb hissəsi hələ də "boz" infiltrasiya
zonası olaraq qalır. Yəni, bu hissə tərəflərdən heç birinin tam
nəzarəti altında deyil. "Donbass.Realities" Birinci Əlahiddə Hücum
Alayının komandiri Dmitro "Perun" Filatovdan sitat gətirir. O,
Qulyaypolenin "demək olar" işğal edildiyini, ancaq bunun "daha
böyük planın bir hissəsi" olduğunu bildirib.
"Fikrimcə,
hamı tezliklə vəziyyətin niyə məhz belə inkişaf etdiyini
anlayacaq", – o, "Donbass.Realities"ə müsahibəsində
deyib.
Qulyaypole və cəbhə xəttinin Donetsk, Dnepropetrovsk və Zaporojye
vilayətlərinin kəsişməsi son aylar ən aktiv döyüş bölgələrindən
biri olub. Rusiya Qulyaypoledə əhəmiyyətli şəkildə irəliləyib,
Ukrayna qüvvələri isə şimalda xeyli ərazi azad edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.