Qulyaypole 'demək olar' işğal edilib. Döyüşlər davam edir
Rusiya qoşunları Ukraynanın şərqi Zaporojye bölgəsindəki Qulyaypole şəhərində irəliləyiblər. Son aylar bu şəhər uğrunda ağır döyüşlər gedir. Xəbəri Ukraynanın cəbhədə vəziyyəti izləyən "DeepState" layihəsi yayıb.

"Təəssüf ki, Qulyaypole ərazisində vəziyyət əlverişli deyil. Düşmən şəhəri praktiki işğal edib, çoxlu sayda piyada cəlb edib, əlavə qüvvələr atır,.. fəal şəkildə əməliyyat keçirir",
– portal bildirir.

AzadlıqRadiosunun Ukrayna xidmətinin "Donbass.Realities"
layihəsi isə qeyd edir ki, şəhərin qərb hissəsi hələ də "boz" infiltrasiya zonası olaraq qalır. Yəni, bu hissə tərəflərdən heç birinin tam nəzarəti altında deyil. "Donbass.Realities" Birinci Əlahiddə Hücum Alayının komandiri Dmitro "Perun" Filatovdan sitat gətirir. O, Qulyaypolenin "demək olar" işğal edildiyini, ancaq bunun "daha böyük planın bir hissəsi" olduğunu bildirib. "Fikrimcə, hamı tezliklə vəziyyətin niyə məhz belə inkişaf etdiyini anlayacaq", – o, "Donbass.Realities"ə müsahibəsində deyib.

Qulyaypole və cəbhə xəttinin Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərinin kəsişməsi son aylar ən aktiv döyüş bölgələrindən biri olub. Rusiya Qulyaypoledə əhəmiyyətli şəkildə irəliləyib, Ukrayna qüvvələri isə şimalda xeyli ərazi azad edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google