Tbilisi meriyasının məlumatına görə, "Varketili"
metrostansiyasında aparılan bərpa işlərinin əsas hissəsi tamamlanıb
və stansiya 16 martdan etibarən sərnişinlərə normal rejimdə, saat
06:00-dan 00:00-a qədər xidmət göstərəcək.
Məlumata əsasən, bərpa işlərinin tam yekunlaşdırılması bu ilin
yayına planlaşdırılır. Meriyadan bildirilib ki, metrostansiyanın
məhdud qrafiki ilə əlaqədar müvəqqəti təyin edilmiş və sərnişinləri
"Varketili"dən "Samqori" metrostansiyasına (və əks istiqamətə)
daşıyan 174
nömrəli avtobus xətti martın 16-dan etibarən ləğv
olunacaq.
""Varketili" metrostansiyasının aşağı platformasında dəmir-beton
tağın bərpası işləri həyata keçirilib. Xüsusilə, tavanın
korroziyaya uğramış və zədələnmiş səthləri təmizlənib emal edilmiş,
tağın arxasındakı boşluqlar xüsusi texniki məhlullarla
doldurulmuşdur. Əlavə olaraq, yeraltı suların sızmasının qarşısını
almaq məqsədilə dəmir-beton tağın temperatur şırımları və
tikişləri, həmçinin maili eskalator tunelinin çuqun bərkidiciləri
təmizlənmiş və hermetikləşdirilmişdir.
Eyni zamanda, aşağı platformanın və maili eskalator tunelinin
təmiri işləri başa çatıb. Hazırda yuxarı dəhlizin zədələnmiş
konstruksiyalarının bərpası layihəsi hazırlanır, bundan sonra
birbaşa bərpa və möhkəmləndirmə işlərinə başlanılacaq.
"Bərpa işlərinin tam başa çatdırılması bu ilin yayına
planlaşdırılır", – deyə meriyanın bəyanatında qeyd
olunub.
Xatırladaq ki, "Varketili" metrostansiyası xidmətini 2025-ci il
iyulun 12-də dayandırmışdı. Tbilisi Meriyası stansiyanın tam
bərpasının 2025-ci ilin sonunadək yekunlaşacağını bəyan
etmişdi.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.