İranın qadın milli futbol komandasının Avstraliyada sığınacaq
istəyən üzvlərindən biri komanda yoldaşları ilə
danışdıqdan sonra müraciətini geri götürüb. Bunu Avstraliyanın
daxili işlər naziri Toni Börk martın 11-də deyib.
Börk Avstraliya parlamentində bildirib ki, bir oyunçu geri qayıdan
komanda yoldaşları ilə əlaqə saxladıqdan sonra qərarını dəyişib,
onlar onu İran səfirliyi ilə danışmağa təşviq ediblər.
Yığma komanda
martın 11-i səhər tezdən Sidneydən Kuala-Lumpura
uçub.
Bu arada FIFA prezidenti Canni İnfantino bu il Dünya Çempionatına
ev sahibliyi edən ölkələrdən biri olan Birləşmiş Ştatların
prezidenti Donald Trampla danışıb. İnfantinonun sözlərinə görə,
"Tramp bildirib ki, İranla hazırkı münaqişəyə
baxmayaraq, İran yığmasının ABŞ-də keçiriləcək turnirdə iştirakı
arzuolunandır".
10 mart
İran qadın futbolçuları ölkəyə qayıtmağa çağırıb
İran Baş Prokurorluğu qadın futbol yığma komandasının Avstraliyaya
sığınan oyunçularını ölkəyə qayıtmağa çağırıb.
Qurum futbolçuları ailələrinin narahatlıqlarına son qoymağa,
"ölkənin düşmənlərinin fitnəsinə qarşı"
ön cəbhədə durmağa səsləyib.
Bəyanatda komandanın azı beş üzvünün Avstraliyada sığınacaq alması
qeyd olunmayıb. Amma vurğulanır ki,
"milli yığmanın
bəzi üzvləri düşmənin fitnə və hiyləsinə qeyri-ixtiyari, emosional
uyublar. Bu da ABŞ və İsrail rəhbərlərində xəyali bir həyəcan
yaradıb".
Avstraliya İran futbolçularına humanitar vizalar verir
Avstraliyanın daxili işlər naziri İranın qadın futbol yığmasının
beş üzvünə humanitar vizalar verildiyini bildirib.
"Avstraliyalılar bu cəsur qadınların durumundan
təsirləniblər", – Avstraliyanın baş naziri Entoni
Albaneze martın 10-da Kanberrada mətbuat konfransında deyib.
"Onlar burada təhlükəsizdirlər, özlərini evlərindəki kimi hiss
etməlidirlər", – o əlavə edib.
ABŞ prezidenti Donald Tramp Albanezeni qadınların qalmasına icazə
verdiyinə görə tərifləyib. O, sosial mediada yazıb ki, Avstraliya
onları qəbul etməsəydi, ABŞ buna hazır idi.
Avstraliya rəsmiləri futbolçuların adlarını açıqlayıb, onların
gizli bir məkanda polis qoruması altında qaldığını bildirib.
Albaneze hazırda Avstraliyada olan digər futbolçulara oxşar kömək
göstərməyin mümkünlüyünü vurğulayıb, özlərinin seçimlə bağlı qərar
verməli olduğunu deyib.
Televiziya kadrlarında digər iranlı oyunçuların qaldıqları oteldən
avtobusla çıxdıqları görünüb. Avtobusda hansı oyunçuların olduğu,
haraya getdikləri bəlli deyil.
Daxili işlər naziri Toni Börk isə X hesabında viza almış beş
futbolçu ilə birgə fotosunu paylaşıb.
Ötən həftə İran komandası Avstraliyada Asiya Kuboku matçında dövlət
himnini oxumaqdan imtina etmişdi. Bu, ABŞ və İsrailin İrana hava
zərbələri və ali dini lider Əli Xameneinin öldürülməsi fonunda baş
verib. İranın dövlət televiziyası onları "müharibə satqınları"
adlandırıb. Ancaq ikinci yarışda komanda himni oxuyub. İnsan
haqları müdafiəçiləri onların buna məcbur edilməsindən
əndişələnib.
Komanda bazar günü Filippinə 2-0 uduzandan sonra yarışda iştirakını
başa vurub. Bundan sonra azarkeşlər, dövlət qurumları onların
durumu ilə bağlı narahatlıq bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.