Martın 11-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti
İlham Əliyevə zəng edib.
Azərbaycan prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Putin
Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ
köməyə, həmçinin həmin ölkəyə humanitar yardımın keçməsinə
yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı onlar Yaxın Şərqdə hərbi əməliyyatların
tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik
yollarla həllinin vacibliyini vurğulayıblar.
"Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini
müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə
uyğun olaraq Azərbaycanla Rusiya arasında fəaliyyətin müxtəlif
sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət
təsdiqlənib", - məlumatda deyilir.
Dörd il əvvəl, fevralın 22-də Moskvada Əliyevlə Putin iki ölkə
arasında
"…Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında
Bəyannamə" imzalayıblar. Sənəddə həm siyasi, həm
iqtisadi və həm də bir çox sahələr üzrə əməkdaşlığın
gücləndirilməsi vacib sayılır.
2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL)
aviaşirkətinə məxsus Bakı-Qroznı reysi ilə uçan təyyarənin
Qazaxıstanda qəzasından (Qəzada 38 nəfər həlak olub) sonra iki
ölkənin münasibətlərində soyuqluq müşahidə edilmişdi. Azərbaycan
rəsmiləri deyirdilər ki, təyyarəyə Rusiya ərazisində silahlı
müdaxilə olub, qarşı tərəf üzrxahlıq edib kompensasiya ödəməli və
təqsirkarları cəzalandırmalıdır. İndiyə kimi bəzi vədlərə
baxmayaraq, üzrxahlıqdan başqa Azərbaycanın sadalanan şərtləri
yerinə yetirilməyib. Bununla belə, son dönəmlər hər iki ölkənin
rəsmiləri əməkdaşlığın gücləndirilməsindən bəhs etməkdədirlər.
ABŞ və İsrail fevralın 28-də İrandakı hədəflərə zərbələr endirməyə
başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ
bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.
İstər ABŞ, istərsə də bir sıra Qərb ölkələri İranın nüvə proqramını
təhdid sayır, bu ölkədə azadlıqların silah gücünə yatırılması
tənqidlərə səbəb olub. Lakin tərəflərin, əsasən, nüvənin
zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı illərlə
çəkən danışıqları nəticəsiz qalıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.