ABŞ hazırda dənizdə olan Rusiya neftinin satışına müvəqqəti icazə
veriləcəyini bildirib.
Məqsəd ABŞ və İsrailin İrana zərbələri, Tehranın cavab hücumlarının
yaratdığı qıtlığı və qiymətə təzyiqi azaltmaqdır.
Martın 12-si saat 00:01-dək gəmilərə yüklənmiş Rusiya xam nefti və
neft məhsullarının satışına icazə verilib. Bu icazə 30 gün –
aprelin 11-dək qüvvədə olacaq. Açıqlamanı ABŞ Maliyyə Nazirliyi
yayıb.
Maliyyə
naziri Skott Bessent X platformasında yazıb ki, ölkələrin
hazırda dənizdə qalan Rusiya neftini almasına müvəqqəti icazə
verilir.
"Bu məhdud və qısamüddətli tədbir yalnız artıq yolda olan neftə
aiddir, Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası
verməyəcək", – Bessent əlavə edib.
Bir gün öncə Enerji Departamenti ABŞ-nin strateji neft ehtiyatından
172 milyon barel neftin dövriyyəyə buraxılacağını açıqlamışdı.
ABŞ-nin Rusiyanın böyük istehsalçılarına sanksiyaları səbəbindən
Rusiya nefti dənizdə gəmilərdə qalıb. Ekspertlər dünyada dənizdə
100 milyon bareldən çox Rusiya mənşəli belə neftin qaldığını
deyirlər.
Rusiya prezidentinin elçisi Kirill Dmitriyev icazənin 100 milyon
barelə aid olduğunu deyib.
Demokratlar və respublikaçıların bəziləri Rusiyaya sanksiyaların
yumşaldılmasına qarşı çıxırlar. Tənqidçilər prezident Donald
Trampın Moskvaya iltifat göstərdiyini deyirlər. Onların fikrincə,
neftdən istənilən əlavə gəlir Rusiya prezidenti Vladimir Putinə
Ukraynaya hücumları genişləndirməyə kömək edəcək.
Ağ ev isə Trampın Ukraynada müharibənin bitirməyi hədəfləyən
danışıqlarda Rusiyaya meyllənmədiyini deyir.
Bu arada dünya birjalarında neftin qiyməti artmaqdadır. Martın
13-də "Brent" neftinin bareli 100 dolları keçib. "Qərbi Texas"
neftinin bareli isə 16 sent düşərək 95.57 dollar olub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.