Birillik kənd təsərrüfatı bitkilərinin birgə maliyyələşdirilməsi bu il də davam edəcək – “Güzəştli aqrokredit”in şərtləri necədir

Fermerlər üçün “Güzəştli aqrokredit” proqramı çərçivəsində birillik kənd təsərrüfatı bitkilərinin birgə maliyyələşdirilməsi bu il də davam etdiriləcək.


Bu barədə məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayımlayıb.

Layihə çərçivəsində birillik bitkilərin becərilməsi və qulluq məqsədilə verilən kreditlərin faizlərinin bir hissəsini Kənd İnkişafı Agentliyi maliyyələşdirəcək.
Nazirliyin açıqlamasında bildirilir:

“Altkomponent çərçivəsində kreditlər birillik kənd təsərrüfatı bitkilərinin
(tərəvəz, taxıl və bostan bitkiləri) və yoncanın bir əməliyyat ili üzrə xərclərinin maliyyələşdirilməsi üçün veriləcək. Konkret olaraq, birillik bitkilərin becərilməsi və qulluq prosesinin bütün mərhələlərində cari xərclərin azaldılması məqsədilə istifadə olunacaq. Buraya toxum və əkin materiallarının, gübrələrin, bitkilərin mühafizəsi üçün bioloji vasitələrin alınması daxildir. Həmçinin işçi qüvvəsinin və kənd təsərrüfatı texnikasının icarəsi, eləcə də istifadə olunan yanacaq xərcləri də nəzərə alınır”.

Bununla yanaşı, Kənd İnkişafı Agentliyi verilmiş kredit üzrə ən çoxu 12 ay müddətində illik 9% həcmində faiz subsidiyasını təmin edəcək.
Məlumatda həmçinin qeyd olunur:
“Kredit üzrə illik faiz dərəcəsinin maksimum həddi 18% müəyyən edilib. Bir benefisiar üçün verilən kredit məbləği minimum 10 000 lari, maksimum isə 100 000 lari təşkil edir. Taxıl bitkiləri üçün isə kredit məbləği minimum 10 000 lari, maksimum 300 000 lari müəyyən olunub.
‘Güzəştli aqrokredit’ layihəsindən fiziki şəxslər, Gürcüstan qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş fərdi sahibkarlar və hüquqi şəxslər (dövlət və bələdiyyə müəssisələri istisna olmaqla) istifadə edə bilərlər”, –
deyə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google