Gürcüstan hər il orta hesabla 70–80 milyon ABŞ dolları dəyərində
şüşə butulka və qablar idxal edir.
Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə ölkəyə
79,17 milyon dollar dəyərində şüşə butulkalar, bankalar və digər
şüşə qablar gətirilib. Bu göstərici əvvəlki illə müqayisədə
təxminən 9 milyon dollar çoxdur.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Gürcüstan 70,638
milyon
dollar dəyərində şüşə qablar idxal etmişdi.
Qeyd etmək lazımdır ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə
də Gürcüstana gətirilən şüşə butulkaların əsas hissəsi Rusiyanın
payına düşür. Ümumi idxalın təxminən 50 faizi təşkil edir. İkinci
yerdə Ermənistan qərarlaşıb. Həmçinin ilk beşlikdə Çin, Azərbaycan
və Ukrayna yer alır.
2025-ci ildə Gürcüstanın ən çox şüşə qab idxal etdiyi 5 ölkə:
- Rusiya – 38,805 milyon dollar
- Ermənistan – 27,459 milyon dollar
- Azərbaycan – 2,356 milyon dollar
- Çin – 2,187 milyon dollar
- Ukrayna – 1,848 milyon dollar
Məlumat üçün bildirək ki, Gürcüstan hökumətinin qərarına əsasən,
2027-ci il fevralın 1-dən plastik butulkalarda içkilərin istehsalı
(ixrac üçün nəzərdə tutulanlar istisna olmaqla), idxalı və bazara
çıxarılması qadağan ediləcək.
Bu qadağa 3 litr və daha böyük həcmli içməli suya, həmçinin 20 litr
və daha böyük həcmli içkilərə (alkoqollu, alkoqolsuz və
sərinləşdirici içkilər və s.) şamil olunmayacaq.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.