Marneuli meriyası Sabirkənddə su şəbəkəsindəki yüksək təzyiqi tənzimləmək üçün 151 573 lari xərcləməyi planlaşdırır
Marneuli bələdiyyəsinin Sabirkənd kəndində içməli su sistemində təzyiq tənzimləyicisinin quraşdırılması üçün 151 573 lari dəyərində tender elan edilib. Layihə Sabirkənd və Tsereteli istiqamətində su təchizatı şəbəkəsindəki yüksək təzyiqi azaltmaq məqsədilə müvafiq tənzimləmə quyuları ilə birlikdə iki ədəd təzyiq tənzimləyicisinin quraşdırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, nasos stansiyasından şəbəkəyə su təxminən 21 atmosfer təzyiqlə verilir, buna görə də təzyiqi
lazımi səviyyəyə – təxminən 6 atmosferə qədər endirmək üçün bir tənzimləyici kifayət deyil. Bu səbəbdən boru kəməri üzərində fərdi dəmir-beton quyularda yerləşdiriləcək ardıcıl iki təzyiq tənzimləyicisi quraşdırılacaqdır.

“Tikintinin əsas inşaat materialları, məmulatları və yarımfabrikatlarla təminat mənbələri üzrə tədarük edilən materiallar sertifikatlaşdırılmalıdır. Gətirilən tikinti materialları və məmulatlarının sertifikatlara uyğunluğu və keyfiyyəti icra sənədlərinin ayrılmaz hissəsini təşkil edir. Material və məmulatların dəyəri sifarişçi ilə istehsalçı zavod və ya tədarükçü şirkət arasında birbaşa müqavilə ilə müəyyən edilir”, – layihə sənədində qeyd olunur.

Tenderdə iştirak etmək istəyən şirkətlər 23-26 mart tarixlərində müraciət edə bilərlər.

Qalib gələn şirkət işləri müqavilə imzalandığı tarixdən etibarən 150 təqvim günü ərzində meriyaya təhvil verməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google