İranla müharibə başlayandan Tramp administrasiyası "illərin"
sursatını yandırıb.
"The Financial Times" bunu məsələdən agah üç nəfərə istinadla
yazır. Onların dediyinə görə, sürətlə azalan silahlar arasında
uzaqmənzilli "Tomahawk" raketləri də var.
Bu isə münaqişənin dəyərinin artması, ABŞ-nin bu ehtiyatların
yerini doldurmaq qabiliyyəti sarıdan narahatlığı gücləndirib.
Mənbələrdən biri deyib ki, "Tomahawk" raketləri sürətlə xərclənir
və donanma bu xərclərin
nəticəsini illərlə hiss edəcək.
Yaxın günlərdə Pentaqonun Ağ ev və Konqresə orduya əlavə 50 milyard
dollar ayrılması üçün rəsmi müraciət göndərəcəyi gözlənilir. Bu isə
Konqresdə kəskin müzakirələrə səbəb ola bilər, - nəşr vurğulayır.
Belə ki, həm respublikaçıların bəziləri, həm də demokratlar
Pentaqona əlavə pul ayrılmasına sərt reaksiya verə bilərlər.
Demokratlar Trampın İranla müharibəsini qanunsuz sayır, onun
Konqresdən təsdiq almadığını deyirlər.
Pentaqon rəsmiləri isə həftənin əvvəlində senatorlara deyiblər ki,
zərbələrin ilk altı günü azı 11 milyard dollara başa gəlib. Bunun
da böyük hissəsi sursata xərclənib.
ABŞ ordusu son beş ildə cəmi 322 "Tomahawk" alıb. Beynəlxalq və
Strateji Araşdırmalar Mərkəzinin hesablamasına görə, ABŞ
müharibənin ilk 100 saatı ərzində 168 "Tomahawk" işlədib.
"Bu çoxdur, yerini doldurmaq illər
alacaq", – bir konqresmen deyib.
ABŞ və İsrail fevralın 28-dən İrana hava zərbələri endirir. Tehran
isə cavabında İsrailə, regiondakı ABŞ hərbi obyektlərini raket və
dron hücumları gerçəkləşdirir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.