14–16 mart tarixlərində Gürcüstanda hava necə olacaq – Ətraf Mühitin Milli Agentliyinin proqnozu
Gürcüstanın Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 14–16 mart tarixlərində ölkənin bəzi bölgələrində yağış və güclü şərq küləyi əsəcəyi gözlənilir. Şərqi Gürcüstanda hava nisbətən soyuq olacaq və arabir yağıntı müşahidə ediləcək.

Agentliyin məlumatına əsasən, 16 martda ölkə ərazisinin böyük hissəsində yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Tbilisidə arabir yağış yağacağı proqnozlaşdırılır. Gündüz saatlarında temperatur +8, +10 dərəcə olacaq.

Sahil bölgələri
(Batumi, Kobuleti, Anaklia, Poti)
14–15 mart: əsasən yağmursuz hava
16 mart: yağış gözlənilir
Temperatur: +15, +17°, 16 martda isə +9, +11°-yə enəcək

Qərbi Gürcüstanın düzənlik rayonları
(Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti)
14–15 mart: əsasən yağmursuz və küləkli hava
16 mart: yağış gözlənilir
Temperatur: +16, +18°, 16 martda +10, +12°

Qərbi Gürcüstanın dağlıq rayonları
(Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı)
14 mart: əsasən yağmursuz və küləkli
15–16 mart: yağış gözlənilir
Temperatur: +13, +15°, 16 martda
+8, +10°

Qərbi Gürcüstanın yüksək dağlıq rayonları
(Mestia, Baxmaro)
14 mart: əsasən yağmursuz və küləkli
15–16 mart: bəzi yerlərdə qar
Temperatur: +9, +11°, 16 martda +4, +6°

Kartli bölgəsi
(Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tskhinvali)
Arabir yağış gözlənilir
Temperatur: +9, +11°

Kaxeti bölgəsi
(Sagareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoflisçkaro)
Arabir yağış gözlənilir
Temperatur: +8, +10°

Şərqi Gürcüstanın dağlıq rayonları
(Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri)
Arabir yağıntı
Temperatur: +7, +9°

Şərqi Gürcüstanın yüksək dağlıq rayonları
(Axalkalaki, Tsalkа, Bakuriani, Qudauri, Omalo)
Arabir qar yağacaq
Temperatur: +2, +4°.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google