Marneuli meriyası üç kənddə daxili yolların çəkilişinə 2 032 318 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəetməsi kəndlərdə daxili yolların çəkilməsi üçün ümumi dəyəri 2 032 318 lari olan üç tender elan edib. Marneuli meriyasının elan etdiyi tenderlərə əsasən, daxili yollar üç kənddə çəkiləcək.

Meriyanın elan etdiyi ilk tenderə görə, Ağməmmədli kəndində daxili yolların bərpası işlərinə 895 942 lari xərclənməsi planlaşdırılır. Layihə təklifinə əsasən, kənddə ümumi uzunluğu 1 546
metr olan 6 daxili yolun bətpası nəzərdə tutulub.

Meriyanın elan etdiyi ikinci tender İmir kəndində daxili yolların bərpası işlərinə aiddir. Kənddə üç hissədə yol çəkilişinə 482 276 lari xərclənməsi planlaşdırılır.

Layihə sənədində qeyd olunur ki, layihə sahəsi Marneuli inzibati vahidində yerləşir və İmir kəndindəki daxili yolları əhatə edir. Yol üç hissədən ibarətdir: birinci hissənin uzunluğu 752 metr, ikinci hissənin uzunluğu 259 metr, üçüncü hissənin uzunluğu isə 231 metrdir. Hər üç hissə hazırda çınqıl örtüklüdür və sıx məskunlaşmış ərazilərdə yerləşir. Birinci hissədə yağış sularının axıdılması sistemi, yol birləşmələri və həyətlərə girişlərin tənzimlənməsi nəzərdə tutulur. İkinci və üçüncü hissələrdə isə yol qovşaqları və həyətlərə girişlərin bərpası planlaşdırılıb.

Marneuli meriyasının elan etdiyi üçüncü tenderə görə isə Böyük Muğanlı kəndində daxili yolların bərpası işlərinə 654 100 lari xərclənməsi planlaşdırılır.

Tender sənədində qeyd olunur ki, layihə sahəsi Marneuli inzibati vahidində yerləşir və Böyük Muğanlı kəndinin daxili yollarını əhatə edir. Yol beş hissədən ibarətdir: birinci hissənin uzunluğu 773 metr, ikinci hissənin uzunluğu 240 metr, üçüncü hissənin uzunluğu 382 metr, dördüncü hissənin uzunluğu 180 metr, beşinci hissənin uzunluğu isə 207 metrdir. Bütün bu hissələr hazırda çınqıl örtüklüdür və sıx yaşayış olan ərazilərdə yerləşir. Beş hissənin hamısında yol qovşaqlarının və həyətlərə girişlərin bərpası nəzərdə tutulur. Layihədə yağış sularının drenajı sisteminin qurulması isə nəzərdə tutulmayıb.

Meriyanın elan etdiyi hər üç tenderdə şirkətlər 26-31 mart tarixləri arasında iştirak edə biləcəklər.

Hər üç layihə üçün ayrılmış vəsait tam şəkildə Marneuli bələdiyyəsinin 2026-cı il büdcəsindən maliyyələşdiriləcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google