Mixeil Saakaşvili: “Lelo”-dan olan dostlar, ştraykbrexerliyi dayandırın– məgər öz təcrübəniz sizə heç nə öyrətmədi? Qələbəni yalnız mübarizə aparana qazanır, diz çöküb əfv diləyən yox
“Qələbə mübarizə aparanındır, diz çöküb əfv diləyənin yox”, – bunu Gürcüstanın üçüncü prezidenti Mikheil Saakashvili bildirib.

O, “Lelo”nun dialoqa başlamaqla bağlı açıqlamasına öz “Facebook” səhifəsində münasibət bildirib.

Saakaşvilinin sözlərinə görə, qələbə yalnız “qətiyyətli və güzəştsiz mübarizə” ilə mümkündür.

“‘Lelo’-dan olan dostlar, dayandırın bu ştraykbrexerliyi (yəni tətili, mübarizəni yarıb zəiflətmə cəhdi). Məgər öz təcrübəniz sizə heç nə
öyrətmədi? Diktatura ilə danışıqlar yalnız vahid müxalifiyyət üçün və yalnız güc mövqeyindən mümkün ola bilər. Əks halda bunun adı kollaborasionizm və xalqa xəyanətdir. Ya bir yerdə olacağıq, ya da yox olacağıq. Yalnız güzəştsiz, əzmkar mübarizə ilə qalib gələcəyik. Qələbə mübarizə aparana məxsusdur, diz üstə çöküb əfv diləyənə deyil.

Bu ‘təşəbbüsün’ də təsadüfi olmadığını düşünmürəm – müxalif alyansının aktivləşdiyi bir vaxtda ortaya atılıb. Bu aktivlik diktaturanı çox qorxudur. Ümid edirəm ki, tezliklə ‘Lelo’ ilə birlikdə həlledici mübarizədə olacağıq”,
– Saakaşvili bildirib.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google