Aİ xarici işlər nazirləri blokun Qırmızı dənizdə hərbi missiyasının
müddətinin uzadılmasını müzakirə edəcəklər.
Bunu Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas deyib. Məqsəd Hörmüz
boğazının təhlükəsizliyini təmin etməkdir. Fevralın 28-də ABŞ və
İsrail İrana hava hücumlarına başlayandan bu vacib su yolu ilə
gəmilərin hərəkəti, əsasən, dayanıb.
"Hörmüz boğazının açıq qalmasında maraqlıyıq, buna görə
də bu məsələdə nə edə biləcəyimizi də müzakirə
edirik", – Kallas martın 16-da danışıqlardan öncə
Brüsseldə jurnalistlərə deyib.
Dünyanın xam neftinin təxminən 20 faizi bu boğazdan keçir. Son
fasilələr enerji qiymətlərini yüksəldib.
Müzakirə olunacaq variantlardan biri "Aspides" əməliyyatının
mandatını genişləndirməkdir. Bu missiya 2024-cü ildə gəmiləri
Yəməndə İranın dəstəklədiyi husi üsyançılarının hücumlarından
qorumaq üçün başladılıb.
Kallas deyib ki, mövcud missiyanı uyğunlaşdırmaq dənizdə
təhlükəsizliyi gücləndirməyin ən sürətli yolu olar və üzv dövlətlər
razılığa gəlməlidir.
Daha bir alternativ "könüllülər koalisiyası" qurmaqdır. Fransanın
boğazın yenidən açılmasından ötrü "müdafiə" missiyasına dəstəyini
bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.