İki ildən çoxdur Azərbaycanda həbsdə olan Fransa vətəndaşı,
"Mercorama LC" şirkətinin baş direktoru Martin Rayan
casusluq ittihamıyla 10 il azadlıqdan məhrum edilib. Martın 16-da
Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Onunla birlikdə mühakimə olunan azərbaycanlı hüquqşünas Azad
Məmmədliyə isə eyni hökmlə 12 il həbs cəzası kəsilib.
Hökmdə iddia olunur ki, Bakıda diplomat kimi
fəaliyyət göstərən,
əslində isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olan
şəxslər M.Rayandan casus kimi yararlanıblar. Rayan da öz növbəsində
A.Məmmədlini həmin şəxslərlə tanış edib. Onların arasında görüşlər
keçirilib, müxtəlif məsələlərlə bağlı müzakirələr aparılıb.
M.Rayan və A.Məmmədli onlara verilmiş casusluq ittihamını qəbul
etmirlər.
M.Rayan məhkəmədə bildirib ki, 2015-ci ildə Azərbaycana biznes
məqsədilə gəlib və burada olduğu dövrdə Fransa səfirliyinin bəzi
əməkdaşları ilə əlaqə yaradıb. Onun sözlərinə görə, müxtəlif
mövzular ətrafında söhbətləri olsa da, heç vaxt səfirlik
əməkdaşlarından pul almayıb, maddi maraq güdməyib.
"Gərək müəyyən şəxslərlə əlaqə saxlamayaydım"
"Mən casusluq etməmişəm, bunu da məhkəmədə sübut etməyə
çalışdım. Ola bilsin ki, gərək müəyyən şəxslərlə əlaqə
saxlamayaydım", - M.Rayan son sözündə belə deyib.
O, ifadəsində Bakıda birgə çalışdığı azərbaycanlılarlan bəzilərini
səfirlik əməkdaşları ilə tanış etdiyini, A.Məmmədlinin də onlardan
biri olduğunu söyləyib.
A.Məmmədli son sözündə bildirib ki, o, fransızlarla söhbətlərində
onlara məxfi sənəd verməyib, kommersiya və dövlət sirri sayıla
biləcək heç nə deməyib:
"Bizim söhbət etdiyimiz
məsələlərdən efirdə ekspertlər açıq şəkildə danışırlar. Bizim
danışıqlarımızda gizli heç nə olmayıb".
A.Məmmədli Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
Beynəlxalq hüquq fakültəsini bitirib. O, magistr təhsilini Fransada
alıb. 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas çalışıb,
daha sonra Böyük Britaniyaya gedib və bir müddət orada yaşayıb.
Azərbaycana qayıdandan az sonra həbs olunub.
Həm M.Rayanın, həm də A.Məmmədlinin vəkilləri məhkəmədən onlara
bəraət verilməsini istəyiblər.
Bu cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində
(DTX-da) aparılıb. Təqsirləndirilənlər bu qurumun istintaq
təcridxanasında saxlanılırlar.
Xatırlatma
M.Rayanın 2023-cü il dekabrın 4-dəki həbsindən bir qədər sonra
(dekabrın 26-da) rəsmi Bakı iki nəfər fransalı diplomatı
"diplomatik statuslarına uyğun olmayan" hərəkətlərdə suçlayaraq
ölkədən çıxarıb. Ardından Fransa Xarici İşlər Nazirliyi (XİN) də
Azərbaycana eyni tərzdə cavab verib – Parisdəki səfirliyin iki
diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan edilib.
2024-cü ilin yanvarında Fransa XİN bəyanat yayaraq M.Rayanın
həbsini özbaşınalıq saydığını vurğulayıb. Bu da bildirilib ki,
Fransanın Bakıdakı səfirliyi konsulluq mühafizəsi çərçivəsində ona
baş çəkib.
Azərbaycan M.Rayanın əsassız həbsi barədə deyilənləri qəbul
etmir.
"Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili
işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir", -
Azərbaycan XİN qarşı tərəfin bəyanatına belə cavab verib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.