İsrail Xameneinin təyyarəsini məhv etdiyini bildirir
İsrail Tehranın Mehrabad hava limanında İslam Respublikasının mərhum ali lideri Əli Xameneinin təyyarəsini "strateji aktiv" olaraq məhv etdiyini bildirib.

AzadlıqRadiosunun fars xidməti iddianı təsdiqlədə bilmədiyini yazır. Xüsusilə müharibə şəraitində və internetdəki fasilələr fonunda bu, mümkün olmayıb.

İsrail ordusu X sosial media platformasında fars dilində məlumat dərc edib. Təyyarədən Xameneinin, rejimin digər yüksəkvəzifəli rəsmilərinin, silahlı qüvvələr üzvlərinin istifadə etdiyi bildirilir. Ondan hərbi təchizat, İranın "müqavimət oxu" adlanan ölkələrlə daxili və beynəlxalq uçuşlar üçün
istifadə olunduğu vurğulanır. Söhbət Tehranın Yaxın Şərqdəki tərəfdaşları və əlaltılarından ibarət şəbəkədən gedir.

İsrail ordusu onu da iddia edib ki, təyyarənin məhvi İslam Respublikası rəhbərliyinin müttəfiq ölkələrlə koordinasiya etmək, hərbi imkanlarını gücləndirmək, qüvvələrini yenidən qurmaq qabiliyyətinə ziyan vuracaq.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google