İsrail ordusu Livanın cənubunda "Hizbullah" döyüşçülərinə, sərhədə
yaxın infrastruktur obyektlərinə qarşı
"məhdud və hədəfli" quru əməliyyatlarına başladığını bildirib.
Məlumatı İsrail Müdafiə Qüvvələri (SAXAL) yayıb. Bu addımların
"İsrailin şimalındakı sakinləri qorumaq üçün daha geniş müdafiə
tədbirlərinin bir hissəsi" olduğu vurğulanır.
Bundan öncə artilleriya və hava hücumları həyata keçirilib.
Bu o deməkdir ki, İsrail ordusu daha əvvəl fəaliyyət göstərmədiyi
ərazilərdə aktivdir. Rəsmilər isə qoşunların yeni mövqelərdə
qalıb-qalmayacağını açıqlamayıb.
Fevralın 28-də ABŞ-İsrailin İrana hücumundan sonra İsrail ilə
"Hizbullah" arasında atəşkəs pozulub.
Livan hakimiyyəti bildirir ki, İsrailin hücumları nəticəsində
yüzlərlə mülki şəxs öldürülüb, təxminən bir milyon insan evindən
didərgin düşüb. Bu arada İsrailin hücumu genişləndirərək Livanın
cənubundakı əraziləri işğal edə biləcəyi sarıdan narahatlıqlar
artır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.